Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6004

Digər sorğular

Şəhid oğluna böhtan atan, Avropada gizlənən “qəhrəmanlar”a CAVAB

18:13  |    13 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə guya şəhid ailələrinin təhqir olunması və təyziqlərə məruz qalmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Sosial şəbəkələrdə bir şəxsin fotosu paylaşılaraq “ bu gün etiraz aksiyası keçirən Şəhid analarına hücum edən və Şəhidlərimizin şəkillərini analarının əlindən alaraq cırıb ayaqlar altına atan bu şəxsin şəklini paylaşın” kimi təhqirmiz ifadələr yer alıb.

Femida.az həmin günü əslində nə baş verdiyini araşdırıb. Məlum olub ki, sosial şəbəkələrdə fotosu paylaşılan və şəhid ailələri ilə kobud rəftar etdiyi iddia edilən şəxs elə şəhid övladıdır. O, Şuşanın qətlə yetirilmiş icra başçısı Mikayıl Gözəlovun oğlu Müşfiq Gözəlovdur. O, hazırda Səbail rayon polis bölməsində rəis müavini vəzifəsində çalışır.



Bəs cəmiyyətdə çaşqınlıq yaratmaq, həqiqətə uyğun olmayan informasiyanın kökü haradan qaynaqlanıb?


Məlum olur ki, bu məlumatı ilk dəfə Hollandiyada yaşayan, mütamadi olaraq, anti-Azərbaycan çağırışlar edən, ölkəmiz haqqında xarici ölkələrdə qarayaxma kampaniyası aparan, sosial şəbəkələr vasitəsilə dövlətimizin imicinə zərbə vurmağa hesablanmış videolar yerləşdirən azərbaycanlı bloqqer Orduxan Teymurxan paylaşıb. Məqsədsə, aydındır. Bakıda dinc şəkildə keçirilən kiçik bir toplanışdan istifadə edərək gərginlik yartamaq və bundan öz məqsədləri üçün istifadə etmək.


Şəhid adından istifadə edib Şəhid oğluna böhtan atanlar...

Femida.az həqiqətləri üzə çıxarmaq üçün həmin gün çəkilmiş videogörüntüləri də araşdırıb. Elə müxalifət saytlarının yayımladığı görüntülərə istinadən qeyd edirik ki, həmin kiçik toplanış zamanı heç bir gərginlik, polislə toqquşma və insanlara qarşı fiziki təyziq olmayıb. Həmin Meydan TV-nin yayımladığı videodan da açıq-aşkar görünür ki, şəhərin mərkəzi hissəsi ilə qrup halda hərəkət edən şəhid ailələrinin üzvləri polislə qarşılaşan zaman heç bir gərginlik baş vermir. Hətta şəhid anası ilə kobud rəftar edildiyi iddia edilən polis əməkdaşı Müşfiq Gözəlov Şəhid anasına “anam, istəsəniz sizi öz maşınımla ünvana apararam” sözlərini işlədir. Həqiqəti üzə çıxarmaq məqsədi ilə həmin gün qeydə alınan görüntüləri təqdim edirik:

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
Hava şəraiti dəyişəcək, yağış yağacaq- XƏBƏRDARLIQ
11.12.2018
Siqaret yasağı sərtləşdi
10.12.2018
Fədayə Laçının məhkəməsi təxirə düşdü - Səbəb
10.12.2018
Bakının məşhur bazarı tamamilə söküldü
09.12.2018
Firudin Cəlilovla Etibar Əliyev arasında QALMAQAL: “3 gün vaxt verirəm!”