Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6004

Digər sorğular

Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı

20:33  |    13 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Vaşinqtonun 3 PKK liderinin başına mükafat qoymasını PKK ilə PYD-nin fərqli təşkilatlar olması iddiasını qanuniləşdirmək üçün ortaya atılmış bir oyun kimi qəbul edirik, bu oyuna gəlmərik.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Fransa səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Trampla görüşündə PYD-YPG, FETÖ, Suriya və “Xalkbank” məsələlərini müzakirə etdiyini qeyd edib.

"YPG ilə bağlı bəzi mövzularda əlaqəsizlik var. Cənab Donald Trampa bu məsələdə bərabər görə biləcəyimiz çox işlərin olduğunu dedim. Məsələ ilə bağlı Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarın amerikalı həmkarları ilə görə biləcəkləri işlər çoxdur”, - deyə Ərdoğan bildirib.

"Xalkbank" məsələsinə gəlincə, onun sözlərinə görə, D.Trampla sonuncu telefon danışıqları zamanı da bu mövzuda müzakirə aparıblarmış: ""Xalkbank”la əlaqədar telefon danışığımızdan sonra cənab Donald Tramp ölkəsinin Xəzinə və Maliyyə Nazirliyinə 24 saat ərzində təlimat verdi və nazir də bizim xəzinə və maliyyə nazirimiz Berat Albayraka zəng etdi. Bu məsələnin həlli üçün atılacaq addımları, görüləcək işləri müzakirə etdilər. Məsələnin həlli ilə bağlı fərqli mənzərə yaranan kimi xarici işlər nazirimiz Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə əlaqə saxladı. Mən məsələni Trampa deyəndən sonra o, ABŞ-a dönən kimi xəzinə və maliyyə nazirinə təlimat verəcəyinin söylədi. Donald Tramp "mən bu işin baça çatdığını zənn edirdim, niyə bu qədər uzandı?" cavabını verdi".

Qeyd edək ki, "Halkbank"ın baş direktorunun keçmiş müavini Hakan Atilla hazırda ABŞ-da həbsdədir. Ağ Ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
Fransada azərbaycanlı, gürcü və ermənilər saxlanıldı: 300 nəfərlik əməliyyat - VİDEO
11.12.2018
Rusiya Tu-160-ları Venesuelaya göndərir: ABŞ bunu gözləmirdi
11.12.2018
Robert Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
10.12.2018
Səudiyyə ABŞ silahlarını Rusiya və Çinə ötürəcək
10.12.2018
Ərdoğan: “İnsan hüquqlarından danışanlar Fransadakı hadisələrə münasibətdə lal, kar və kor oldular”