Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6004

Digər sorğular

Ermənilər layiqli cəzalarını aldılar - Moskvadakı kütləvi davanın TƏFƏRRÜATI

18:27  |    12 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Moskvada qarışıq döyüş növləri üzrə (MMA) keçirilən “Absolute Championship Berkut” turnirində dava düşüb.

Oxu.Az xəbər verir ki, hadisə Georgi Qaraxanyanla Timur Naqibinin döyüşündən sonra baş verib.

Naqibin hakim döyüşü saxladıqdan sonra rəqibinə zərbə endirdiyinə görə yarışdan kənarlaşdırılıb, qələbə Qaraxanyana verilib.

Məlumata görə, Naqibinin komandası paltardəyişmə otağına gedərkən erməni azarkeşlərin hücumuna məruz qalıb. Kütləvi davanın daha ciddi qarşıdurmaya keçməsinə polis qüvvələri imkan verməyib.

Əslində, Qaraxanyanın azarkeşlərinin tribunada qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağını açması azərbaycanlıların xoşuna gəlməyib.

Nəticədə, tribunada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. Hadisənin başvermə səbəbləri “MMA Azerbaijan”ın sosial şəbəkəsində yayımlanıb.

“Problemlərdən qaçmaq üçün əvvəlcə təhlükəsizlik xidmətinin əməkdaşlarına yaxınlaşaraq, erməni tərəfinin Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan dövlətin bayrağını açdığını bildirdik.

Xəbər verdik ki, bu, təxribatdır və əgər onlar bayrağı götürməsələr, bunu biz edəcəyik. Vəd etdilər ki, bayrağı yığışdıracaqlar, amma etmədilər. Bundan sonra onların tribunaları tərəfə getdik”, - məlumatda bildirilib.

Qeyd edilib ki, erməni azarkeşlərin dayandığı tribunada kütlə olub. Azərbaycanlılardan biri onların əlindən bayrağı alanda onun üzərinə bir neçə erməni hücum edib. Digər azərbaycanlı həmyerlisinə kömək etmək istəyən zaman ayaqqabısı çıxıb və onu götürmək istəyəndə ermənilərdən biri onun üzünə zərbə vurub. Hər şey bundan sonra başlayıb.

Daha sonra OMON qüvvələri məsələyə qarışıb və dəyənəklərdən istifadə edərək, ermənilərin tribunasına gedən qapıları bağlayıb.

Məlumata əsasən, dava zamanı ermənilər tərəfindən təhqiredici ifadələr işlədilib.

Azərbaycanlılar bildiriblər ki, bayraq yığışdırılmadan heç yerə getməyəcəklər. Separatçıların bayrağı polis işçilərinin birinin cibində zaldan çıxarılıb.

Qeyd edək ki, bu, erməni və azərbaycanlı azarkeşlər arasında ilk belə hal deyil. Analoji hadisə Moskvada keçirilən АСВ 71 turnirində də yaşanmışdı.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
Bakıda kişi arvadını 5-ci mərtəbədən ataraq öldürüb
10.12.2018
Bakıda spirtli içki qəbul edən Türkiyə vətəndaşı gecə klubunun qarşısında öldü
09.12.2018
“Moskva” univermağında yanğın olub
08.12.2018
Ötən gecə baş vermiş avtobus qəzasının görüntüləri (VİDEO)
07.12.2018
Xırdalanda sərnişin avtobusu aşıb, 9 yaralı (Yenilənib)