Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Yeni texnologiya Günəş enerjisini 18 il saxlayacaq

13:12  |    12 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


İsveçin Çalmers Texniki Universitetinin tədqiqat qrupu Günəş enerjisini uzun müddət saxlaya bilən karbon, hidrogen və azot tərkibli molekul hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Naked-science.ru saytına istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, unikal xüsusiyyətə malik molekul Günəş işığı altında izomerlə zəngin enerjiyə çevrilir. İzomeri enerji tələb olan vaxtadək saxlamaq mümkündür və o, tədqiqatçılar tərəfindən MOST (Molecular Solar Thermal Energy Storage – Günəş enerjisinin molekulyar saxlanılması) adlandırılan günəş enerji sistemində istifadə üçün yararlı hesab edilir.

Alimlər toplanan enerjinin boşaldılmasına nəzarət üçün katalizator hazırlayıblar. İçindən mayenin axaraq istilik reaksiyası yaratdığı katalizator filtr kimi işləyir. Mayenin temperaturu daxil olan zaman Selsi üzrə 20 dərəcə təşkil etdiyi halda o, filtrdən keçdikdən sonra 83 dərəcəyədək qızır. Bundan sonra molekul təkrar istifadə üçün ilkin formasına qayıdır.

Tədqiqatların aparıldığı müddət ərzində mütəxəssislər tərəfindən molekulun quruluşu və xüsusiyyətləri təkmilləşdirilərək enerjinin saxlanma müddəti 18 ilədək artırılıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2018
Zabit Səmədov məşhur "qanuni oğru" ilə - Foto
29.11.2018
''Lotu Quli''nin ailəsində 3 gün 3 gecə toy: məşhurlar pulsuz oxudu (VİDEO)
19.11.2018
“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir
12.11.2018
Maykl Ceksonun gödəkçəsi 300 min dollara satıldı
10.11.2018
“Feysbuk Messencer”də arzulanan yenilik