Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5950

Digər sorğular

Rusiyada vaxtilə Qarabağda vuruşmuş döyüşçülərin həbsləri başladı

12:19  |    10 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ryazanda E.N.O.T. təşkilatının bir neçə üzvünü yaxalayıblar.

Modern.az xəbər verir ki, bu haqda Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə TASS agentliyinə açıqlayıb.

Qeyd olunub ki, noyabrın 7-də Ryazanda FTX əməkdaşları E.N.O.T. özəl hərbi şirkətinin bir neçə iştirakçısını saxlayıblar. Əməliyyatda Xüsusi Çevik Reaksiya Bölməsinin (SOBR) əməkdaşları da iştirak edib.

E.N.O.T. qruplaşmasının baş ideoloqu və qurucusu “İşıqlı Rus” millətçi hərəkatının lideri İqor Manquşevdir. O, həmfikirləri ilə birlikdə Ukrayna münaqişəsinin qızışdığı dövrdə Donbas könüllülərinin hərəkətlərinə rəsmi statusun verilməsin qaydasını düşünüb tapıb. E.N.O.T. mövcud olduğu dövr ərzində bir neçə hərbi əməliyyatda – Dağlıq Qarabağda (separatçıların tərəfində), Donbasda və Suriyada – iştirak edib.

Hüquq-mühafizə orqanları təşkilatın fəaliyyəti ilə onun sıralarına həddi-büluğa çatmamış yeniyetmələrin cəlb edilməsindən sonra maraqlanıblar.

Xüsusi düşərgələrdə yeniyetmələr silahdan atəş açma və partlayıcı qurğularla davranma biliklərinə yiyələnirmişlər. İlkin məlumatlara görə, E.N.O.T. qruplaşmasının həbs olunmuş üzvləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (“Düşmənçiliyin yayılması və ya insan ləyaqətinin təhqir edilməsi”) və 150-ci (“Həddi-büluğa çatmamış şəxslərin cinayətə sövq edilməsi”) maddələri ilə ittiham ediləcəklər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.11.2018
3 ölkə Rusiyadan S-400 istəyir – ABŞ kəşfiyyatı
14.11.2018
Türk komandoslar PKK-nın kabusuna çevrildi – Əməliyyat
14.11.2018
Rusiyadan İsrailin hücumu ilə bağlı növbəti bəyanat
14.11.2018
Bakının İsraildəki ən böyük dostu istefaya getdi
14.11.2018
İŞİD-dən azad olunan suriyalılar Əsədi çiyinlərinə qaldırdılar – VİDEO