Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5950

Digər sorğular

Eskobarın arvadı 44 illik dəhşətli sirri açıqladı

14:48  |    10 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Dünyanın ən qatı cinayətkarlarından biri kimi tarixə keçmiş və bəziləri tərəfindən əfsanələşdirilən Pablo Eskobarın həyat yoldaşı Mariya Viktoriya Henao 44 il sonra onunla bağlı dəhşətli sirrini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, 1993-cü ildə Eskobarın öldürülməsindən sonra ilk dəfə xatirələrini yazdığı kitabını yayımlayıb. "Pablo Eskobarla həyatım və həbsim" adlı 523 səhifəlik kitabda Mariya 12 yaşında aşiq olduğu şəxsin necə narkobarona çevrildiyini və bu səbəbdən yaşadığı keşməkeşli həyatını qeydə alıb.

Kitabın giriş hissəsində "İllərlə saxladığım sirr" başlığı ilə dəhşətli hadisələrdən söz açıb.

Belə ki, 12 yaşında özündən 11 yaş böyük olan Pabloya aşiq olub, 14 yaşında ondan hamilə qalan və hamilə olduğunu bilməyən Mariyanı Eskobar qeyri-qanuni fəaliyyət göstərən klinikaların birinə apararaq, zorla abort etdirib. Orada olarkən yaşlı bir qadın Mariyanın rəhminə bir neçə plastik yerləşdirib və ona bunun hamilə qalmağın qarşısını alma metodu olduğunu deyib. Bundan sonra Mariyanın qanaması günlərcə davam edib və çox şiddətli ağrılar keçirib.

"44 ildir gizli saxladığım bu sirri açıqlayacaq cəsarəti tapmaq üçün ruhumun dərinliklərinə enməyim lazım idi", deyən Mariya ilk dəfə Pablo ilə öz razılığı ilə deyil, zorla cinsi əlaqəyə girdiyini qeyd edib. O, qorxudan az qala insult keçirəcəyini, buna hazır olmadığını və şəhvət hissinin nə olduğunu dərk etmədən Pablo ilə birlikdə olduğunu yazıb.

Kitaba cəmiyyətə böyük zərər verdiyi üçün kolumbiyalılardan üzr istəyərək başlayan Mariya bütün hissələrdə ondan "Pablo Eskobar" deyə söz açıb, aşiq olduğu adam üçün artıq acı, ağrı və dərin utancdan başqa heç nə hiss etmədiyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.11.2018
3 ölkə Rusiyadan S-400 istəyir – ABŞ kəşfiyyatı
14.11.2018
Türk komandoslar PKK-nın kabusuna çevrildi – Əməliyyat
14.11.2018
Rusiyadan İsrailin hücumu ilə bağlı növbəti bəyanat
14.11.2018
Bakının İsraildəki ən böyük dostu istefaya getdi
14.11.2018
İŞİD-dən azad olunan suriyalılar Əsədi çiyinlərinə qaldırdılar – VİDEO