Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5950

Digər sorğular

"Yeni Müsavat” qəzetinin 29 yaşı tamam oldu

12:25  |    10 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Bu gün ökənin ən çoxtirajlı qəzetləri sırasında yer alan "Yeni Müsavat”ın ad günüdür

Çağdaş zamanımızın ən uzunömürlü qəzetlərindən olan "Yeni Müsavat”ın ilk sayının işıq üzü görməsindən 29 il ötür. Qəzet 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb.

Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur.

"Yeni Müsavat” qəzetinin ilk sayı 10 noyabr 1989-cu ildə çap olunub. 1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək "samizdat" üsulu ilə "Yeni Müsavat”ın 17 nömrəsini çıxıb. Həmin illərdə "Yeni Müsavat” gizli və qeyri-formal nəşr olunub.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər alıb.

2009-cu ilin noyabr ayının 8-də - qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişib və "Yeni Müsavat” Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.

Həmkarlarımızı təbrik edir, onlara bu qəzetin 100 illiyini qeyd etmələrini arzulayırıq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”
14.11.2018
Yeni cərimələr təsdiqləndi
14.11.2018
Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri təsdiqlənib
14.11.2018
Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri təsdiq edilib
14.11.2018
Prezident Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında qanunu imzalayıb