Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6209

Digər sorğular

Cahangir Hacıyevlə bağlı məhkəmə qərarı

21:11  |    09 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Qaradağ Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin istintaq hərəkətləri ilə bağlı cəzaçəkmə müəssisəsinə köçürülmə müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib.

Vəkil bildirib ki, C.Hacıyev istintaq hərəkətləri ilə bağlı 13 saylı cəzaçəkmə müəssisəndən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülmüşdü: "İstintaq müddəti başa çatdığı üçün Cahangir Hacıyev cəzaçəkmə müəssisəsinə köçürülməli idi. İstintaq orqanı istintaq müddətinin artırılması ilə bağlı təqdimat verib. Qaradağ rayon məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib, C.Hacıyevin köçürülmə müddəti daha iki ay artırılıb. C.Hacıyev yanvarın 15-nə qədər 1 saylı Bakı İstintaq Təcridxanasında qalacaq".

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il azadlıqdan məhrum edilib.

Daha sonra C.Hacıyev və daha 25 nəfərə qarşı cinayət işi başlanıb.

C . Hacıyev də həmin cinayət işi üzrə istintaqa cəlb edildiyi üçün istintaq materialları ilə tanış olmaq məqsədilə 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.03.2019
Əli İnsanov insan haqları müdafiəçiləri ilə görüşüb
25.03.2019
Sabah hava necə olacaq?
24.03.2019
Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019
Sabahın HAVA PROQNOZU
24.03.2019
Bu gün Bakının 3 qəsəbəsində elektrik təchizatında fasilələr yaranacaq