Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Akademik Milli Dram Teatrı üç rayonda “Vəsiyyət” tamaşasını təqdim edib

19:41  |    09 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxda
qastrol tamaşası ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv noyabrın 6-da Balakən, 7-də Zaqatala, 8-də isə Qax teatrsevərləri qarşısında “Vəsiyyət” tamaşası ilə çıxış edib.

Təqdim olunan səhnə əsəri rayon ictimaiyyəti, teatrsevərlər
tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən ikihissəli qara komediyanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli (Bayram), əməkdar artistlər Almaz Amanova (Zəhra) Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) və aktyor Ramin Şıxəliyev (Timur) çıxış edib.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Flora Kərimova protokolu pozubmuş - Fotolar
13.11.2018
Həsən Turabov Amaliya xanıma ən ağır zərbəni vurdu
12.11.2018
Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir
09.11.2018
Amaliya Pənahovadan ölüm dərsi
09.11.2018
İbrahim Tatlıses boşandığı arvadına evlənmə təklif etdi