Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

Şəmistan Əlizamanlı yeni vətənpərvərlik mahnısını təqdim etməyə hazırlaşır

17:58  |    09 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə və Azərbaycan teleməkanında geniş izləyici rəğbəti qazanan “Diriliş Ərtoğrul” filmində rol alan Şəmistan Əlizamanlı yeni vətənpərvərlik mahnısı və hərbi marş üzərində işləyir.

Bunu vətənpərvərlik mahnıları və hərbi marşları ilə məhşur olan Şəmistan Əlizamanlı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Bayraq günü münasibəti ilə keçirilən tədbir zamanı Ordu.az-ın müxbirinə açıqlamasında bildirib.



Şəmistan Əlizamanlı bildirib ki, “Diriliş Ərtoğrul”da çəkilmək üçün təklif Türkiyə tərəfindən gəlib. Filmdə ozan obrazını canlandıran Ş.Əlizamanlı müəllifi olduğu “Tanrı türkə yar olsun” mahnısını ifa edib.

Onun sözlərinə görə, Türkiyə kinematoqrafçıları ilə gələcəkdə də birgə işləyəcəklər.

Tədbir əsnasında "N" saylı hərbi hissədə əsgərlərlə birgə nahar edən hərbi diktor cəbhə şəraitində hərbi hissədə yaradılan şəraitə vurğun olduğunu deyib: "Burada bişirilən yeməklərdən tutmuş əsgərlərin kazarma şəraitinə qədər hər şey ən ideal səviyyədədir".

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Abel Məhərrəmov haqqında yazılanlardan DANIŞDI: “...şərəflə, ləyaqətlə işləmişəm”
21.11.2018
Sabahın hava PROQNOZU - YAĞIŞ YAĞACAQ
21.11.2018
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
21.11.2018
Abel Məhərrəmovun milyonluq mülklərinin - Siyahısı
20.11.2018
Partlayış olan binanın sakinləri harda qalacaq? - İcra başçısının müavini açıqladı