Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Kəlbəcərli girovlar azad oluna bilər

13:37  |    09 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Noyabrın sonunda Tiflisdə mühüm görüş olacaq

Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədən zaman saxlanılmış Ermənistanın kəşfiyyat-diversiya qrupunun üzvü Karen Kazaryanın cinayət işi üzrə məhkəmə başlayıb.

K.Kazaryan noyabrın 7-də məhkəmə qarşısına çıxarılıb. Erməni diversantın işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İman Dadaşovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, bu il iyulun 15-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən sağ ələ keçirilən 1984-cü il təvəllüdlü Karen Kazaryana Azərbaycan Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 214.2.1-ci (terrorçuluq - qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 282.1-ci (təxribat), 276-cı (casusluq) və 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.

K.Kazaryan barəsində məhkəmənin noyabrın sonunadək yekunlaşacağı və hökm elan ediləcəyi istisna deyil.

Belə ki, noyabrın sonunda Tiflisdə Azərbaycanın və Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyalarının danışıqlar aparacağı bildirilir.

Komissiyaların danışıqlar aparacağı barədə Azərbaycanlı girovların azad edilməsi istiqamətində mühüm Avropa institutlarında daim çıxışlar edən hüquq müdafiəçisi Əhməd Şahidov məlumat verib. Onun sözlərinə görə, noyabr ayının sonlarında Tiflisdə Ermənistan və Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyalarının görüşü keçiriləcək. Azərbaycan tərəfinin müvafiq qurumlarının görüşə biləcəyini deyən hüquq müdafiəçisi azərbaycanlı girovların bu ilin sonuna qədər azadlığa buraxılacağına inandığını dedi: “Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupu oktyabr ayında Azərbaycanın Əsir və İtkin Düşmüş Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlayıb və Tblisidə Ermənistanın müvafiq Dövlət Komissiyası ilə görüşün keçiriləməsinə hazırlıq işlərinin getdiyini məlumat veriblər. Çox güman ki, girovların dəyişdirilməsi ilə bağlı danışıqlar olacaq. Bu danışıqlar keçirilsə ehtimal ki, girovların dəyişdirilməsi prosesi baş tutacaq. 90 faiz əminəm ki, bu baş tutacaq. Azərbaycan tərəfi əsir-girovların ”hamının-hamıya" prinsipi ilə dəyişdirilməsini ilkin şərt olaraq, irəli sürüb. İnanıram ki, Tbilisi şəhərində baş tutacaq görüşdə əsir-girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunacaq və Dilqəm Əsgərov, Şahbaz Quliyev, Elnur Hüseynzadə Azərbaycana təhvil veriləcək".

Bu arada Ermənistan kütləvi informasiya vasitələrində verilmiş məlumata əsasən, həmin ölkənin müdafiə naziri vəzifəsinin icraçısı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri David Tonoyan Azərbaycan tərəfinin əsirlərin dəyişdirilməsinə dair təklifi barədə mətbuatdan oxuduğunu və rəsmi təklif almadıqlarını bildirib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda, meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib. BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib. Bununla yanaşı, Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə edib. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri-Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib. Son dəfə cari ilin oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tiflis şəhərində hər iki ölkənin dövlət komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb.

Əhməd Şahidov isə hesab edir ki, David Tonoyanın açıqlaması, əslində, geçikmiş olsa da, onların girovların dəyişdirilməsi prosesinə razılığının əlaməti sayıla bilər: “Sanki Tonoyan beynəlxalq ictimaiyyətə demək istəyir ki, əvvəldən xəbərləri olsaydı, guya daha rasional davranış nümayiş etdirərdilər. Gec də olsa, Ermənistan tərəfi nəhayət ki, girovların dəyişdirilməsi prosesinə razı kimi görünür”.

Azərbaycan isə hazırda erməni diversantlar Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyan saxlanılır.

Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkili Anar Bağırov isə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənədlərin Avropa İnsan Haqları Məhkəməsinə göndərildiyini açıqlayıb. Onun dediyinə görə, yaxın vaxtlarda Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxacaq: “Söhbət yalnız insanların qanunsuz həbsindən getmir, onlara işgəncə də verilib və bu insanların səhhətində ciddi problem də var”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Anjey Kaspşik cəbhə xəttində növbəti monitorinq keçirib
14.11.2018
Atəşkəs 29 dəfə pozulub
13.11.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
13.11.2018
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12.11.2018
Düşmənə seçki sürprizi, Astana fiaskosu, Bakının gizli “əli”