Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

Nazarbayev Paşinyanın ümidini qırdı: Yeni rəhbər...

09:19  |    09 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi Belarus təmsilçisi olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada KTMT iclasından sonra mediaya açıqlamasında deyib.

“Ermənistan nümayəndəsi Xaçaturov bizdə baş katib idi, ancaq o, geri çağırıldı. Mən səbəbi barədə danışmaq istəmirəm, bu, Ermənistanın daxili işidir. Qaydaya görə, baş katiblik rotasiya qaydasında, əlifba sırası ilədir və Ermənistandan sonra Belarus gəlir. Əlbəttə, Ermənistan vaxtın uzadılmasını istədi. Ancaq bütün dövlət başçıları dedilər ki, cəmi bir il qalır (Ermənistanın KTMT-dəki baş katib yerinin başa çatması nəzərdə tutulur – red.), yeni nümayəndə hətta bu il ərzində ölkələri gəzib-görə bilməyəcək, ona görə də normal fəaliyyət göstərəcək baş katib Belarus tərəfdən olmalıdır”, - Nazarbayev bildirib.

Nazarbayev qeyd edib ki, son qərar 6 dekabrda Sankt-Peterburq görüşündə veriləcək.

Qeyd edək ki, Paşinyan 2020-ci ildə səlahiyyəti bitəcək Y.Xaçaturovun vaxtından əvvəl geri çağırılmasına nail olmaqla bərabər, onun yerinə Vaqarşak Arutyunyanın namizədliyini irəli sürüb.

Rotasiya qaydasında baş katiblik hüququ çatan Belarus isə artıq namizədini təqdim edib. Bu, Bakıda təhsil alan general Stanislav Zasdır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Paşinyan əsgər yeməyi yedi və...
21.11.2018
Moskva aeroportunda təyyarə ermənini vurdu - VİDEO
21.11.2018
Putindən Gürcüstana zərbə: Qondarma dövlətin rəhbəri ilə...
20.11.2018
S-400-lərin qiyməti açıqlandı: ABŞ raketindən çox ucuz...
20.11.2018
Səudlar Türkiyəni boykot edir: İlginc addım - Foto