Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6093

Digər sorğular

Narazı vərəsələr növbəti dəfə nazirlikdə qəbul edildilər

21:28  |    08 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Onlara vaxtilə sığorta ödənişi verilməsi üçün tərtib olunmuş aidiyyəti sənədlər təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların əvvəllər sığorta ödənişini almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəsi ilə nazirliyin və Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbər vəzifəli şəxsləri növbəti dəfə görüş keçirib.

Qaziler.az xəbər verir ki, ümumilikdə 13 şəhid hərbi qulluqçunun yaxın qohumu – Quluzadə Sevinc Zahid qızı, Allahverdiyeva Zeynəbxatın Qurban qızı, Həsənova Fazilə Hüseynalı qızı, Babayeva Namidə Əlövsət qızı, Ziyadxanov Əsəd Fərman oğlu, Abdullayev Gülağa Cabbar oğlu, Qocayev Toğrul Etibar oğlu, Ağabalayeva Sədaqət Rzabəy qızı, Şükürova Zenfira Əlibala qızı, Həsənova Kifayət Savalan qızı, Musayeva Əskinaz Tapdıq qızı, Qasımova Minayə Əmir qızı və Bayramov Oruc Sultanəli oğlu ilə görüş keçirilib və onlara vaxtilə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq qurumların arxiv materialları arasından aşkar edilmiş sənədlər təqdim edilib.

Şəhid hərbi qulluqçulara görə sığorta ödənişinin alınması üçün vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına təqdim etdikləri ərizələr və bu ərizələrə uyğun olaraq notariat kontorlarından verilmiş vərəsəlik şəhadətnamələri (həmin şəhadətnamədə bu sənədin yalnız sığorta ödənişi alınması üçün verildiyi qeyd edilir), həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı rəsmi qeydiyyatın aparıldığı möhürlə təsdiqlənmiş jurnaldakı müvafiq ödənişə dair qeydlər onların diqqətinə çatdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2019
“Qaçqınkom”un bir neçə müəssisəsi ləğv edildi
22.01.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19.01.2019
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım verildi
19.01.2019
Vasif Talıbov və Qarabağ qaziləri tərəfindən həkimlərə fəxri diplomlar təqdim olundu - FOTOLAR
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib