Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

ABŞ-da barda atışma olub, 12 nəfər ölüb

15:32  |    08 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


ABŞ mediası Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığındakı Tauzend-Ouk şəhərindəki bir barda atışma haqqında məlumat verir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ventura rayonunun polis departamentindən verilən məlumatlarda yaralıların olduğu deyilib.

Hadisə şahidlərinin söylədiyinə görə, naməlum şəxs bara daxil olub və atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanları 30 atəş səsinin eşidildiyini bildiriblər.

“Los Angeles Times” qəzetinin məlumatında “Borderline Bar & Grill” adlanan və yerli kantri musiqisinin çaılındığı barda tələbələrin xüsusi tədbiri keçirilirmiş.

Hadisə yerinə gələn polislər hücumda şübhəli bilinən şəxslə atışmaya başlayıblar. Polislərdən birinin atışmada yaralandığı deyilir.

“Mirror” qəzetinin məlumatına görə, atəş açan şəxs öncə bara tüstü qumbarası atıb.

Atəş zamanı barda olanlar tualet otaqlarında gizlənməyə cəhd ediblər. “ABC 7” kanalının verdiyi xəbərə görə, onlardan bir neçəsi pəncərə şüşəsini sındırıb çölə tullanmağa müvəffəq olub. Atəş zamanı içəridə yüzlərlə şəxs əsir edilib.

Son məlumata görə, bara hücum nəticəsində 12 nəfər ölüb. Hücum edən şəxs zərərsizləşdirilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Paşinyan əsgər yeməyi yedi və...
21.11.2018
Moskva aeroportunda təyyarə ermənini vurdu - VİDEO
21.11.2018
Putindən Gürcüstana zərbə: Qondarma dövlətin rəhbəri ilə...
20.11.2018
S-400-lərin qiyməti açıqlandı: ABŞ raketindən çox ucuz...
20.11.2018
Səudlar Türkiyəni boykot edir: İlginc addım - Foto