Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6093

Digər sorğular

Rövşən Rzayev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

14:25  |    08 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Noyabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşü olub.

Qaziler.az bildirir ki, Dövlət Komitəsinin sədri Avropa İttifaqı ilə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan davamlı münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə Azərbaycanın mühüm əhəmiyyət verdiyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində də Avropa dövlətlərinin təsirli iştirakının vacibliyini vurğulayan Komitə sədri münaqişə nəticəsində xalqımızın üzləşdiyi itkilər və məhrumiyyətlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, münaqişə nəticəsində 1 milyon 200 mindən çox həmvətənimiz doğma yurd-yuvasından didərgin düşüb, ağır şəraitdə yaşamağa məcbur olub. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri kağız üzərində qalıb. Məcburi köçkünlərin pozulmuş hüquqlarının və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlar fəaliyyətini artırmalıdır.
Qonaqlara məlumat verilib ki, respublikanın müxtəlif rayonlarında yaşayan məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün verdiyi tapşırıqlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən qəzalı və ən ağır yaşayış yerlərində məskunlaşmış məcburi köçkünlərlə bağlı verdiyi tapşırığın icrasına şəxsən nəzarət edir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib. Qonaq bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Eyni zamanda məcburi köçkünlərlə bağlı fəaliyyətin artırılması üçün çalışılacağı vurğulanıb.
Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2019
BNA: Bakıda parklanmalardan yığılan pullar qanunsuzdur
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb - VİDEO
22.01.2019
Zakir Həsənov Mühəndis və Kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub - VİDEO
22.01.2019
“Əli Həsənovun başı dərddə” xəbərinə Baş nazir müavinindən REAKSİYA gəldi
21.01.2019
Əli Həsənovun başı dərddə - “Qaçqınkom”da ciddi pozuntular aşkarlandı, prokurorluğa göndərildi