Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6209

Digər sorğular

Azərbaycanda əlillərə verilən sosial müavinət artırılacaq

13:25  |    08 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


“Növbəti ildə pensiya haqlarının orta məbləği artacaq, orta məbləğ 240 manata yaxın olacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini qeyd edib ki, pensiya haqlarında 6,3 faiz artım nəzərdə tutulur: “Yaşa görə pensiyanın məbləği isə daha çox artacaq və orta hesabla 273 manat olacaq”.

İ.İsayev həmçinin bildirib ki, əlillərin maddi vəziyyəti daim diqqət mərkəzindədir: “Pensiya sistemi sığorta prinsiplərinə əsaslanır. Əlillər pensiya ilə yanaşı, sosial müavinət də alırlar. Növbəti ildə əlillərə verilən sosial müavinətin artırılması ilə bağlı tədbirlər həyata keçiriləcək. Həmin müavinətin məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitlərin artırılması ilə bağlı ciddi tədbirlər həyata keçirəcəyik”.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.03.2019
10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur
25.03.2019
Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
22.03.2019
Azərbaycanda mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb
22.03.2019
Bu şəxslərə də gələn aydan Prezidentin təqaüdü veriləcək
18.03.2019
Şəhid ailələri ziyarət edildi - general-leytenant Arzu Rəhimovun təşəbbüsü ilə