Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

İlham Namiq Kamal: “Amaliya xanımın xəstəliyindən xəbərsiz olmuşuq”

12:12  |    08 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


“Amaliya Pənahova sağlam insana bənzəyirdi. Vəfatı xəbəri ilə çox sarsıldıq”.

Bunu Modern.az-a tanınmış aktyor İlham Namiq Kamal danışıb. O bildirib ki, hətta təxmini bir həftə öncə aktrisanın rəhbəri olduğu Bakı Bələdiyyə Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tamaşa təqdim edilib:

“Amaliya xanım özü də tamaşada idi. Ağır xəstəliyi olubsa da, sənət dostlarının əksəriyyəti, elə mən özüm də bundan xəbərsizik. İndiyə qədər aktrisanın hansısa tibbi narahatlığının olduğunu eşitməmişəm. Çox sarsıdıcı xəbərdir. Allah rəhmət eləsin”.

Azərbaycanın xalq artisti, məşhur teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahova bu gün – noyabrın 8-də vəfat edib.

Aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirmiş, amma bunu çoxlarından gizli saxlayrmış.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalanıb
15.11.2018
“Manqurt” tamaşası Bişkekdə uğurla nümayiş olunub
13.11.2018
Flora Kərimova protokolu pozubmuş - Fotolar
13.11.2018
Həsən Turabov Amaliya xanıma ən ağır zərbəni vurdu
12.11.2018
Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir