Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6270

Digər sorğular

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları keçiriləcək

21:21  |    07 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

KQHO-nın əsas məqsədi real şəraitdə keçirilən müxtəlif qoşun əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.

Hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növ və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi nəzərdə tutulur.

KQHO-da ordumuzun sərəncamında olan ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi, qarşılıqlı fəaliyyət, məlumatların sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların dərhal qəbul edilməsi üzrə vərdişlər icra olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.04.2019
Qazaxda qoruyucu hasarların inşasına başlanıldı
21.04.2019
Sabahın HAVA PROQNOZU
21.04.2019
Azərbaycanın Milli Qəhrəmanı şəhid Allahverdi Bağırovun anım tədbiri keçirilib - FOTO
21.04.2019
"Jurnalistikadan incəsənətə" - İsgəndər və Lalə Sərdarlıların əl işləri sərgisi - Fotolar
20.04.2019
Tağı Əhmədov: "Məndən 3 milyon istədilər, Eldar Mahmudova zəng elədim..."