Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

18:26  |    07 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Teatrın mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, noyabrın 6-da Bolqarıstan Milli Teatrının baş direktoru Marius Donkin Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovla görüşüb.

Marius Donkin teatrın yaradıcı həyatı, truppa üzvləri, muzeylə tanış olub, ona yeni yaradılan Abbas Mirzə Şərifzadə, Mehdi Məmmədov, Tofiq Kazımov və Adil İsgəndərov səhnələri haqqında məlumat verilib.

Azər Paşa Nemətov və Marius Donkin memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, əməkdaşlıq memorandumu Bolqarıstan və Azərbaycanın
milli teatrları arasında real, məhsuldar və konkret əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və fərdi səviyyələrdə qarşılıqlı tanışlıq və fəaliyyəti, teatrlarda yeni incəsənət platformaları, ideya və formaların yaradılması və onların müzakirəsinin təşkil edilməsi vəzifəsini qarşıya qoyulub.

Memorandum eyni zamanda klassik və müasir dram əsərlərinin paylaşılması, səhnədə fəaliyyət göstərən yaradıcı komandaların, fərdi teatr peşələri nümayəndələrinin – direktorların, aktyor, səhnə və geyim dizaynerlərinin, insan resursları mütəxəssislərinin və s. səmərəli qarşılıqlı fəaliyyət göstərə bilməsi üçün yeni yolların və formaların axtarılıb-tapılması, yalnız yaradıcılıq sferasında deyil, real teatr məhsulunun, marketinq tədqiqatlarının, ümumi insan resursları strategiyalarının, birgə layihələrin, festival və teatra dair seminarların təbliği sahəsində də ikitərəfli işçi qruplarının yaradılması, Bolqarıstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına dəstək olmaq məqsədi daşıyır.



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalanıb
15.11.2018
“Manqurt” tamaşası Bişkekdə uğurla nümayiş olunub
13.11.2018
Flora Kərimova protokolu pozubmuş - Fotolar
13.11.2018
Həsən Turabov Amaliya xanıma ən ağır zərbəni vurdu
12.11.2018
Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir