Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6270

Digər sorğular

Bağçalara nəzarətin Təhsil Nazirliyinə verilməsi təklif edilib

16:29  |    07 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


"Təklif edirəm ki, uşaq bağçalarına nəzarət icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilsin. Bunun çox böyük əhəmiyyəti var".

Qaziler.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında çıxış edib.

E.Süleymanova bildirib ki, Təhsil Nazirliyi Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə reyd keçirməli, regionlarda hələ də qəzalı şəraitdə olan məktəb və bağçaların təmiri məsələsinə baxılmalıdır.

Onun sözlərinə görə, FHN və icra hakimiyyət orqanları qəzalı şəraitdə olan binaların bərpasına dəstək verməlidirlər.

Ombudsman çıxışı zamanı onu da deyib ki, həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə ehtiyatda və istefada olan hərbi qulluqçulara kompensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır:

“Hesab edirəm ki, bu, çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə hərbi qulluqçulara ayrılan kirayə pulunun da artırılması zəruridir”.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.04.2019
Qazaxda qoruyucu hasarların inşasına başlanıldı
21.04.2019
Sabahın HAVA PROQNOZU
21.04.2019
Azərbaycanın Milli Qəhrəmanı şəhid Allahverdi Bağırovun anım tədbiri keçirilib - FOTO
21.04.2019
"Jurnalistikadan incəsənətə" - İsgəndər və Lalə Sərdarlıların əl işləri sərgisi - Fotolar
20.04.2019
Tağı Əhmədov: "Məndən 3 milyon istədilər, Eldar Mahmudova zəng elədim..."