Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

“İşə avtobusla getmək istəyirəm” - Millət vəkili

15:39  |    07 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


“Ali məktəblərin bir hissəsini rayonlara köçürmək həmin rayonların mədəni səviyyəsini qaldırmaq deməkdir. Amma bununla Bakıdakı tıxacların tam qarşısını almaq olmaz. Bir sıra dövlət qurumu var ki, onları rayonlara köçürmək lazımdır”

Bu fikirləri AzVision.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. Onun sözlərinə görə, Bakıdakı sıxlığın qarşısını almaq üçün variantlardan biri də bölgələrdə iş yerlərinin sayını artırmaqdır. Bu halda paytaxta üz tutanların sayını azaltmaq mümkün olar.

“Şəhərdəki tıxacın qarşısını almaq üçün həmçinin sürücü və piyada mədəniyyəti olmalıdır. Bu, həm də mədəniyyətdən keçir. Bir çox ölkələrdə, böyük şəhərlərdə tək nömrələr və cüt nömrələr günü tətbiq olunur. Belə ki, həftənin tək günləri tək, cüt günləri isə cüt nörmələr şəhərə çıxır. Qalan günlər isə şəhər nəqliyyatından istifadə olunur. Ancaq gərək şəhər nəqliyyatı da saat kimi işləsin. Avropa ölkələrində şəhər nəqliyyatında bir dəqiqə belə ləngimə ola bilməz. Bizdə isə hələki normal halda işləmir”.

Deputat ictimai nəqliyyatın vaxtında ünvana çatmadığını səbəb gətirərək, şəxsi avtomobildən istifadə etdiyini söyləyib. Buna baxmayaraq, o, hər gün işə avtobusla getmək istədiyini vurğulayıb.

“Mən işə niyə maşınla gedim ki? Evimizin yanından avtobus keçir, bilsəm ki, vaxtında işləyəcək, elə işə onunla gedərəm. Maşına verdiyim benzin pulu da cibimdə qalar. Söhbət məndən getmir. Problem çoxdur, dəqiqliklə izah etmək çətindir. Yəqin ki, əvvəl-axır bunlar bizim ölkədə də tətbiq olunacaq”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Abel Məhhərəmov haqqında yazılanlardan DANIŞDI: “...şərəflə, ləyaqətlə işləmişəm”
21.11.2018
Sabahın hava PROQNOZU - YAĞIŞ YAĞACAQ
21.11.2018
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
21.11.2018
Abel Məhərrəmovun milyonluq mülklərinin - Siyahısı
20.11.2018
Partlayış olan binanın sakinləri harda qalacaq? - İcra başçısının müavini açıqladı