Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6093

Digər sorğular

Azərbaycanda iki qurumun əsasında yeni agentlik yaradılır - FƏRMAN

21:03  |    06 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılır.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 6 noyabr tarixli “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” fərmanında bildirilir.

Fərmanda qeyd edilib ki, agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiyayönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək nazirliyin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” MMC öz fəaliyyətlərini davam etdirəcək.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb - VİDEO
22.01.2019
Zakir Həsənov Mühəndis və Kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub - VİDEO
22.01.2019
“Əli Həsənovun başı dərddə” xəbərinə Baş nazir müavinindən REAKSİYA gəldi
21.01.2019
Əli Həsənovun başı dərddə - “Qaçqınkom”da ciddi pozuntular aşkarlandı, prokurorluğa göndərildi
21.01.2019
Azərbaycan Prezidenti Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib