Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6270

Digər sorğular

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “e-sosial” portalının yaradılması işlərini yekunlaşdırıb

17:15  |    06 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın yaxın günlərdə təqdimatı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “e-sosial” internet portalının yaradılması işləri artıq yekunlaşıb.

Portal Azərbaycanda ilk dəfə sosial reyestrin formalaşdırılmasına imkan verir. Bu reyestr vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə (və ya nazirliyin aidiyyəti qurumlarına) müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları əhatə edir.

İstifadəçilər portalda qeydiyyatdan keçdikdən sonra nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlarla bağlı mövcud məlumatları (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) öz şəxsi kabinetində görəcəklər.

Onlar bu portal vasitəsilə nazirliyin aidiyyati qurumlarına müraciət və sorğular göndərə, əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta üzrə e-xidmətlərdən real vaxt rejimində faydalana biləcəklər.

Yeni “e-sosial” portalı geniş funksional imkanları özündə cəmləşdirməklə, eyni zamanda, dövlət sosial xidmətlərinin vahid platforma üzərindən, sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına şərait yaradacaq.
Portal hazırda qısamüddətli sınaq mərhələsindədir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
16.04.2019
Sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq - NAZİRLİK
15.04.2019
ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində yeni elektron xidmətlər yaradılıb
15.04.2019
Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başladı
12.04.2019
Nazir Qəbələdə təsərrüfatlarla tanış oldu