Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

7 rayon qayıdır, sonra da... – Mixeyevin absurd iddiası

18:41  |    06 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Boltonun Azərbaycana və Gürcüstana, Ermənistandan fərqli olaraq, verdiyi yüksək dəyər, xüsusilə də Bakıda səsləndirdiyi fikirlər ABŞ-Azərbaycan münasibətlərinin inkişafını arzulamayan qüvvələrin narazılığına səbəb olub.

Bu cür provokativ, təxribat xarakterli məlumatlar da buradan qaynaqlanır. Bu açıqlamaların başqa hər hansı formada əsası yoxdur, çünki bu fantastikadır.

Bu sözləri Axar.az-a “Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyevlə axşam” verilişində Xəzər Əməkdaşlığı İnstitutunun Baş direktoru Sergey Mixeyevin Azərbaycanın işğal edilmiş ərazilərində İrana təzyiq üçün ABŞ bazalarının yaradılacağı ilə bağlı açıqlamasına münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu təxribat xarakterli açıqlamadan başqa heç nə deyil:

“Çox güman ki, Boltonun Ermənistana təzyiqi müəyyən dairələri narahat edib. Bu dairələr də Dağlıq Qarabağda guya ABŞ bazalarının yerləşdiriləcəyi ilə bağlı informasiya yaymağa cəhd göstərir. İndiki şəraitdə bunun həyata keçirilməsi ehtimalı yoxdur. Bütövlükdə ABŞ-ın işğal altında olan Azərbaycan ərazilərindən İrana qarşı istifadə etməsi barədə səsləndirilən fikir sadəcə absurddur. Bu yalnız Vladimir Solovyev və onun öncədən təlimat verdiyi şəxslər kimi qafası şovinizimlə və Rusiyanın ifrat maraqları ilə dolu insanların ağlına gələ bilər. Normal düşüncəsi olan istənilən ekspertin ağlında belə şeylərin mövcud olması mümkün deyil. Boltonun Ermənistana verdiyi mesajlar, səsləndirdiyi fikirlər görünür, Rusiyanın müəyyən dairələrini, o cümlədən adı çəkilən şəxsləri kifayət qədər narahat edib. Bu provokativ bir informasiyadır”.

Analitik sülhməramlılarla bağlı məsələyə də münasibət bildirib:

“Şübhəsiz ki, ATƏT-in Minsk Qrupunun apardığı müzakirələrdə və bütün prinsiplərdə sülhməramlılarla bağlı məsələdə maraqlı tərəflərin burada iştirakı nəzərdə tutulmayıb. Maraqlı tərəf dedikdə isə ABŞ, Rusiya, Fransa nəzərdə tutulur. Əgər gələcəkdə münaqişənin həlli yolları tapılarsa və Ermənistan konstruktiv mövqeyə məcbur edilərsə, o zaman ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsi prosesində ATƏT-in Minsk Qrupunda olan neytral dövlətlərin sülhməramlıları iştirak edə bilər. Bu, aparılan müzakirələrin də əsas predmetindən biridir”.

Analitik vurğulayıb ki, bu iddia həm də İranın qıcıqlanmasına xidmət edir:

“Regionda İrana da mesaj verilir ki, Ermənistanı Dağlıq Qarabağ münaqişəsində bu və ya digər şəkildə müdafiə etsin. Yəni Ermənistanın işğalçı siyasətini dəstəkləsin. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin keçirdiyi görüşdə İran birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək vermiş və münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olması barədə mövqe sərgiləmişdi. Bu imzalanan İstanbul bəyannaməsində də öz əksini tapmışdı. Bu baxımdan son dövrlərdə baş verən hadisələr qeyd etdiyim kimi Ermənistanın, Ermənistanı himayə edən qüvvələrin narazılığına səbəb olub”.

“Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyevlə axşam” verilişində çıxışı zamanı Xəzər Əməkdaşlığı İnstitutunun Baş direktoru Sergey Mixeyev bildirib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı Ermənistana Dağlıq Qarabağ konfliktinin həll formulu təklif edilib:

“Bu formula əsasən, Azərbaycanın işğal edilmiş ərazilərində İrana təzyiq üçün ABŞ bazaları yaradılacaq. Ermənistanda indi hakimiyyət dəyişikliyinin amerikalılarla əlaqəli olmadığı deyilir. Bu, əslində belə deyil. Hər kəsə aydındır ki, Ermənistanda ABŞ-ın himayəsində olanların sayı çoxdur”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 27 dəfə pozub
21.11.2018
Qarabağın 2 addımlığında (VİDEO)
20.11.2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 30 dəfə pozub
20.11.2018
Qarakənd faciəsindən 27 il ötür
19.11.2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 25 dəfə pozub