Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

Samir Şərifov: “Bu artım bizi tam qane etmir”

19:34  |    06 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


“Elmin maliyyələşdirilməsi üçün xərclər ötən illə müqayisədə təxminən 5 milyon manat artıb. Bu artım bizi tam qane etmir. Lakin dövlət imkanlarını nəzərdən keçirərək, artımları imkanlarımıza uyğunlaşdırırıq”

Azvision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, 2019-cu ilin büdcəsinin hazırlanma prosesi yeni büdcə qaydası əsasında həyata keçirilib:

“Büdcə qaydası müəyyən xətlər qoyub və onlar asanlıqla dəyişdirilə bilməz. Orada bir neçə məhdudlaşdırıcı xətt var. Bu xətlərdən biri xalis maliyyə aktivləridir. Dövlətimizin xarici valyutada olan və digər aktivlərindən borclar çıxıldıqdan sonra müəyyən faizi istifadə edilə bilər. Bu faiz orada müəyyən edilir. Bu, birinci məhdudlaşdırıcı amildir. Digər meyar ondan ibarətdir ki, növbəti ilin büdcəsi əvvəlki ilin büdcəsindən 103 faiz artıq ola bilməz, əvvəlki ilin qeyri-neft baza kəsiri isə növbəti ildən aşağı olmalıdır. Ona görə də çalışırıq ki, dövlətin bütün vəzifələrini bu çərçivədə həyata keçirək”.

Nazirin sözlərinə görə, icmal büdcədə göstərilib ki, dövlət büdcəsində nəzərdə tutulan neftin proqnoz qiymətini nəzərə almaqla 2019-cu ilin sonunda Dövlət Neft Fondunda əlavə təxminən 1-2 milyard dollara yaxın gəlir olacaq:

“Bunun özü müsbət göstəricidir. Biz bir tərəfdən bütün xərclərimizi təmin edir, digər tərəfdən ehtiyatlarımızı artırırıq. Digər tərəfdən xərclərimizi elə həyata keçiririk ki, onlar makroiqtisadi sabitliyə təsir göstərməsin. Bütün bunlar kifayət qədər mürəkkəb xarici mühitdə baş verir. Siz görürsünüz ki, bizim ətrafımızda xarici iqtisadi mühit hansı vəziyyətdədir. Şübhəsiz ki, regionda baş verən proseslər Azərbaycana da öz təsirini göstərə bilər. Ona görə, biz həmin mənfi proseslərin Azərbaycana sirayət etməsinin qarşısını almalıyıq”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Nazir: “Onların pensiyası 35 faiz artacaq”
17.11.2018
Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub
17.11.2018
Zakir Fərəcov Qarabağ əlillərinin marşrutunu alıb öz qaynına verir, Mehriban xanıma verilən vədə əməl edilmir – SUMQAYITDA GƏRGİNLİK GÖZLƏNİLİR-VİDEO
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb