Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

Duet oxuduğu Çelentano yox, bənzəri imiş - Vaqif yalan danışdı

22:44  |    05 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Müğənni Vaqif Nağıyevin məşhur ulduz Adriano Çelentano ilə duet oxuması xəbəri bir neçə gündür mediada gündəmdən düşmür.

Axşam.az-ın məlumatına görə, Vaqif özü də bu haqda açıqlama verib və italyan müğənni ilə duet oxumaqdan şərəf duyduğunu bildirib.

Bu gün isə Nağıyevin yalan danışdığı, medianı aldatdığı ortaya çıxıb. Belə ki, onun duet oxuduğu ifaçı Çelentano yox, onun bənzəri Adolfo Sebastyanidir. Bu haqda sosial şəbəkədə paylaşımlar edilib, Vaqifin yalan danışdığı qınanılıb.

Sebastiyan “Lui e gli Amici del Re - Adriano Celentano Tribute Band” qrupunun solistidir. İfaçı həm görünüşü, həm də səsi ilə Çelentanoya bənzəyir. Bundan əfsanəvi italyan ifaçının özünün də xəbəri var.

Sebastiyan özü də Vaqiflə birlikdə Ukraynada konsertdən əvvəl və sonrakı görüntülərini paylaşıb.

Maraqlıdır ki, Çelentano ilə duet oxuması haqda mediaya açıqlama verməkdən, sosial şəbəkədə paylaşım etməkdən çəkinməyən V.Nağıyev indi bu sualları cavablandırmaqdan qaçır. O, yalan danışmasının səbəbi ilə bağlı ünvanlanan sualları cavabsız qoyub.



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalanıb
15.11.2018
“Manqurt” tamaşası Bişkekdə uğurla nümayiş olunub
13.11.2018
Flora Kərimova protokolu pozubmuş - Fotolar
13.11.2018
Həsən Turabov Amaliya xanıma ən ağır zərbəni vurdu
12.11.2018
Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir