Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6093

Digər sorğular

Bu il fiziki məhdudiyyətli şəxslərə 23,7 min reabilitasiya vasitəsi verilib

17:26  |    03 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Onlardan 1006-sı əlil arabası olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ildə ümumilikdə 7 mindən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 23,7 min müxtəlif reabilitasiya vasitəsi verilib. Bu istiqamətdə xidmət göstərilənlərdən 900 nəfərə yaxını Qarabağ müharibəsi əlili olub.
Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara təqdim edilən reabilitasiya vasitələrindən 1006-sını əlil arabası təşkil edib.

Digər reabilitasiya vasitələri aşağı və yuxarı ətraf, həmçinin döş protezlərindən, bel və boyun nahiyəsi üçün korsetlərdən, protez və ortopedik ayaqqabılardan, dördayaqlı dayaq vasitələrindən, qoltuqaltı və dirsəkaltı ağaclardan, əsalardan və s. ibarət olub. Fiziki məhdudiyyətli şəxslərin müraciətləri əsasında 546 reabilitasiya vasitəsi təmir edilərək yenidən sahiblərinə təqdim edilib.

Reabilitasiya vasitələri ilə təmin edilmək üçün özlərinin (yaxud yaxınlarının) Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gəlmək imkanı olmayan insanlara bu vasitələrin elə yaşadıqları rayonlara və şəhərlərə, hətta bir hissəsinə evlərinə aparılaraq verilməsi həyata keçirilib. Ölkəmizin 50-dən çox rayon və şəhərində bu məqsədlə səyyar xidmətlər göstərilib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2019
“Qaçqınkom”un bir neçə müəssisəsi ləğv edildi
22.01.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19.01.2019
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım verildi
19.01.2019
Vasif Talıbov və Qarabağ qaziləri tərəfindən həkimlərə fəxri diplomlar təqdim olundu - FOTOLAR
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib