Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

HHQ-nin yeni hərbi hissəsi istifadəyə verilib - VİDEO

21:05  |    02 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Bu barədə Qaziler.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti HHQ-nin yeni hərbi hissəsinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana, sıra meydanı, tibb məntəqəsi, hamam-qazanxana, digər xidməti və inzibati otaqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə müsbət təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.

Sonra müdafiə naziri hərbi hissənin silahlanmasındakı zenit-raket komplekslərinə baxış keçirib və HHQ-nin Döyüşü İdarəetmə Mərkəzində olaraq komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Abel Məhərrəmov haqqında yazılanlardan DANIŞDI: “...şərəflə, ləyaqətlə işləmişəm”
21.11.2018
Sabahın hava PROQNOZU - YAĞIŞ YAĞACAQ
21.11.2018
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
21.11.2018
Abel Məhərrəmovun milyonluq mülklərinin - Siyahısı
20.11.2018
Partlayış olan binanın sakinləri harda qalacaq? - İcra başçısının müavini açıqladı