Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

Fariz Məmmədov erməni boksçu ilə rinqdə qarşılaşa bilər – İRƏVANDA - VİDEO

03:20  |    02 Noyabr 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycanın peşəkar boks tarixində ilk dəfə olaraq WBF (Worrld Boxing Federation) və WBCA versiyalarında dünya çempionu olan həmyerlimiz Fariz Məmmədov erməni əsilli rusiyalı boksçu, orta çəki dərəcəsində WBA versiyası üzrə dünya çempionu David Avanesyan rinqdə qarşılaşa bilərlər.

Maraqlı olacağı əvvəlcədən bəlli olan bu döyüş təklifi RCC Boxing Promotions təşviqat şirkətinin icraçı direktoru Aleksey Titov tərəfindən verilib.

QAZİLER.AZbildirir ki, üst-üstə 10 il peşəkar boksdan uzaq düşən, 3 il əvvəl WBCA və WBF versiyaları üzrə çempion olan F.Məmmədov elə o vaxtdan peşəkar boksla vidalaşıb. Amma buna baxmayaraq, o, A.Titovun təklifinə bir şərtlə razılıq verib: döyüş İrəvanda olsun! F.Məmmədov A.Titova bildirib ki, görüşün İrəvanda keçirilməsi üçün Ermənistan dövlətinin razılığını alsınlar.

Bizə daxil olan məlumatlara görə, dünya çempionumuz rəqibi öz ölkəsində enmək istəyir. Ona görə də döyüşün qədim Azərbaycan torpağı olan İrəvanda – Ermənistanın paytaxtın keçirilməsini şərt kimi irəli sürüb.

Ən səs-küylü boks yarışlarının təşkilatçısı, RCC Boxing Promotions təşviqat şirkətinin icraçı direktoru Aleksey Titov sözügedən döyüşlə bağlı bildirib ki, həqiqətən belə bir təkliflə hər iki boksçuya müraciət edib: “Ümid edirik ki, bu iki peşəkar boksçu rinqdə üz-üzə gələcək. Bu döyüş alınarsa idman ictimaiyyəti çox maraqlı yarış izləmək şansı əldə edəcək”.

Aleksey Titovun çıxışının video linki.

QAZİLER.AZ


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Kamran millinin heyətindən çıxarıldı
16.11.2018
"Millətlər Liqası dərhal ləğv olunmalıdır" - Berti Foqts
11.11.2018
Amerikalı döyüşçü Həbibi təhdid etdi: Dalınca gəlmişəm
11.11.2018
Tanınmış idmançımız boğucu fəndə düşdü, huşunu itirdi - VİDEO
10.11.2018
Azərbaycan karateçiləri dünya çempionatında