Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6093

Digər sorğular

Prezident İlham Əliyevin adından Süleyman Dəmirəlin məzarı önünə əklil qoyulub (FOTO)

00:40  |    02 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Türkiyənin 9-cu Prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəlin anadan olmasının 94-cü ildönümü münasibətilə İsparta şəhərinin İslamköy kəndində anma mərasimi keçirilib.

Tədbirdə Süleyman Dəmirəlin prezidentliyi dövründə nazir, millət vəkili və digər siyasi vəzifələrdə təmsil olunan şəxslər, həmçinin onun yaxınları və sevənləri iştirak ediblər.

Mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görkəmli dövlət xadiminin məzarı ehtiramla ziyarət olunub.

Abidə-məzar kompleksinin önünə Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyulub.

Tədbirdə Süleyman Dəmirəlin 20 il şəxsi həkimi olan, hazırda Türkiyə Böyük Millət Məclisinin üzvü Aylin Cəsur, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və başqaları çıxış ediblər.

Səfir Xəzər İbrahim Süleyman Dəmirəlin yaxınlarına Azərbaycan Prezidenti İlham Əliyevin adından başsağlığı verib, mərhum dövlət xadiminin Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı üçün göstərdiyi xidmətlərdən, o cümlədən ulu öndər Heydər Əliyevlə olan səmimi dostluq münasibətlərindən danışıb. Səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Süleyman Dəmirəlin hər zaman Azərbaycanın yaxın dostu olduğunu və onun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını ifadə edib.

Digər natiqlər də Süleyman Dəmirəl haqqında dəyərli fikirlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.

Sonra iştirakçılar İslamköydəki Süleyman Dəmirəl muzeyində olublar.

Qeyd edək ki, bu muzeydə Süleyman Dəmirəlin ulu öndər Heydər Əliyevlə birgə fotolarından, Azərbaycanla bağlı ona verilmiş müxtəlif hədiyyələr və mükafatlardan ibarət guşə yaradılıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: "Azərbaycan KTMT-yə üzv olmağı hələ planlaşdırmır"
22.01.2019
Nikol Moskvaya gedir: Kreml “5+2 variantı”nda israr edərsə...
22.01.2019
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri arasında görüş keçirilib - YENİLƏNİB
22.01.2019
Azərbaycan Prezidenti Dünya Bankının baş icraçı direktoru ilə görüşüb
22.01.2019
Ermənistanda həm sülh, həm də müharibə təlaşı artır - səbəb