Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5964

Digər sorğular

Aslan İsmayılov Etimad Əsədovdan yazdı...

00:01  |    20 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər

Bu gün Qarabağ qazisi Etimad Əsədovu son mənzilə yola salmaq üçün onun yaşadığı evi axtarmağa başladım. Saat 12-yə qalmış evini tapdım. Etimadı 1990-cı ilin sonlarından tanıyırdım.

2001-ci ildə Qarabağ qazilərinə divan tutulandan sonra daha yaxşı tanıdım. Onun haqqında nələr eşitmədim, onun Qarabağ savaşında ayağını itirdiyini, müharibə silahdaşlarına sadiq olduğunu deyəndə hər dəfə Etimadın maddi imkanlarını gözümə soxurdular. Bu gün Etimadın yaşadığı rayona gələndə axı burada villa ola bilməz fikri ilk ağlıma gələn oldu. Etimada hədsiz inansam da, deyilənlərdən beynimdə onun böyük bir villası canlanırdı. Onun yaşadığı evi gördükdə keçirdiyim peşmançılıq hisslərini təsəvvür edə bilməzsiniz. Sanki həmin böhtanları özüm yağdırmışdım. Etimadın evinin qarşısında dayandığım 2 saat ərzində orada olan insanların - əlini, gözünü, ayağını itirmiş Vətən fədailərinin geyimlərindən onların yaşam tərzini də təsəvvür edib içimdə dönə-dönə onlardan üzr istədim...

Gözümün önündə bu Vətən fədailərinin Dərnəgüldə ermənilər tərəfindən yox, özümüzünkülər tərəfindən alçaldılmaları, öz ayaq protezləri, çəlikləri ilə döyülmələri canlandı. Şəhid olanların 5 şirvanından tutmuş 11 min manatına qədər göz tikmiş məmurların evlərində saxladıqlarının eyş-işrətlərini bilə-bilə burada gördüyüm insanların vəziyyətini görmək çox ağrılı idi. Başa düşdüm ki, bir xalq olaraq bu gün yaşadıqlarımızdan minlərlə pisinə layiqik. Etimad kimi Vətən oğullarının bir marşrutdan qazandıqları haqqında əfsanələr uydurub, milyardları mənimsəyən məmurların ayağını öpmək üçün növbəyə durmuşların vəziyyəti bundan da pis olmalıdır və olacaq.

Yəqin ki, Etimad və silahdaşları haqqında daha geniş yazılarım olacaq. Bu gün isə öz adımdan Etimaddan, onun silahdaşlarından, ailələrindən üzr istəyirəm ki, Sizə qarşı olan haqsızlılıqları görüb heç nə edə bilmirəm. Bu gün yeganə təsəllim o oldu ki, təxminən 2 ay bundan əvvəl yanıma gəlmiş Etimad və silahdaşlarına verdiyim cavabdan çox məmnun olmuşdular. Onların uşaq kimi sevinmələrini dönə-dönə gözümün önünə gətirib için-için ağlamışam.

Etimadı evindən son mənzilə qaldıranda yüzlərlə silahdaşlarının, yetim qalmış uşaqları kimi tökdükləri göz yaşlarını isə heç vaxt unutmaq olmaz. Biz insanlar unutsaq da Uca Allah unutmayacaq. Həm də heç kim rəsmilərdən bir nəfərin də dəfndə iştirak etmədiyini unutmayacaq.

Aslan İsmayılov,
Tanınmış hüquqşünas, ictimai xadim

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.02.2018
Etimad Əsədov: "Vətənə xəyanət edən elə birbaşa məmurun özüdür"
06.01.2018
Xainlərin niyyəti İrandır
25.12.2017
Etimad Əsədov: “Bəlkə də əlil olmasaydım, taleyim daha dəhşətli olardı”
12.12.2017
Etimad Əsədov: ”Təki müharibə başlasın...” - VİDEO
26.10.2017
Etimad Əsədov: “Heç olmasa, bizə yaxşı bir yerdə qəbiristanlıq üçün yer ayırsınlar”