Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

86 il əvvəl dünyaya gələn Xəlil Rza Ulutürk

23:18  |    21 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycanın böyük şairi Xəlil Rza Ulutürkün doğum günüdür. O, 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub.

İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən o, öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazanıb. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcıhq meydanına çıxması üçün hazırlıq dövrü olub. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub.

1949-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilib. Sonra onun ilk şerlər toplusu - "Bahar gəlir" (1957) kitabı da nəşr olunub. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiy-yatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edərək fılologiya elmləri namizədi elmi dərəcəsi alıb.

1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir. Şeirlərini müxtəlif təxəllüslərlə çap etdirən şair sonralar ömrünün sonunadək bütün şerlərini "Xəlil Rza Ulutürk" təxəllüsü ilə çap etdirib. O, milli-azadlıq hərəkatının öncüllərindən olub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Yeni cərimələr təsdiqləndi
14.11.2018
Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri təsdiqlənib
14.11.2018
Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri təsdiq edilib
14.11.2018
Prezident Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında qanunu imzalayıb
14.11.2018
Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi