Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6209

Digər sorğular

Kişilərin sayının artması mənfi hallara səbəb olur

19:50  |    19 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


"Kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, qız qaçırma, erkən nikah, insan alveri və bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir".

Azvision.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı" layihəsinin təqdimatında deyib.

O, bildirib ki, mövzu üzrə keçirilmiş tədqiqatlar ailə vahidinin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar etdiyini göstərir. "Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri də Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılır. Ümid edirik ki, həyata keçirdiyimiz birgə səylərimiz nəticəsində bu gün müzakirəyə çıxardığımız Milli Fəaliyyət Planının qəbulu və uğurlu icrasına nail ola biləcəyik və beləliklə də ölkəmizi “çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci uğur hekayəsini yazmağa müvəffəq olacağıq"
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.03.2019
10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur
25.03.2019
Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
22.03.2019
Azərbaycanda mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb
22.03.2019
Bu şəxslərə də gələn aydan Prezidentin təqaüdü veriləcək
18.03.2019
Şəhid ailələri ziyarət edildi - general-leytenant Arzu Rəhimovun təşəbbüsü ilə