Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Zakir Həsənov Çexiyada hərbi sərgidə - FOTOLAR

18:40  |    18 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, bu tədbir milli və qlobal təhlükəsizlik hədəflərinin təqdimi və təşviqi, eyni zamanda müdafiə və təhlükəsizlik sahələri üzrə məlumat mübadiləsi məqsədilə keçirilən beynəlxalq səviyyədə tanınmış nüfuzlu bir platformadır.

Sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir. Azərbaycan nümayəndə heyəti həmin şərgidə iştirak edən xarici ölkələrin müdafiə şirkətlərinin istehsal etdiyi məhsullar ilə tanış olaraq onların təyinatları barədə ətraflı məlumatlandırılıb.
Səfər çərçivəsində Müdafiə naziri Z.Həsənov bir sıra müdafiə şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Dövlət Komitəsində olub
14.11.2018
Xanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi
14.11.2018
Qənirə Paşayeva İstanbulda "Ailə, dövlət və toplum" adlı konfrans keçirib
14.11.2018
Ermənistan ətrafında çənbər daralır: Bakı seçimi asanlaşdıra bilər
13.11.2018
Nazarbayev “Asiya NATO-su” yaratmağı təklif etdi