Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Etimadın şəhid ayağı ...- Rauf Arifoğlunun yazısı

14:27  |    16 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Etimadın özündən əvvəl ayağının biri şəhid olmuşdu.

Rauf Arifoğlu |

Yerinə protez taxırdı.

Onu da bəzən balış, bəzən də silah kimi istifadə edərdi.

"Ayağını" çıxardıb, başının altına qoyub, yatdığı günləri xatırlayıram. Bu barədə o uzaq illərdə yazmışdım.

Sonra günün birində məhkəmə iclasında protezini çıxartdı, hakim Mənsur İbayevə və digər hakimlərə atdı. Tək deyildi, hakimlərə biz də nə gəldi, tolazlayırdıq; dəmir qəfəsdə 7 nəfərdik, tərkibimiz baş nazir, deputat, redaktor, partiya sədri, dövlət müşaviri ... titullu insanlardan ibarət idi. Türmədəydik, Allahın yazısını və sınağını bərabər yaşayırdıq. İbayev bizi növbəti dəfə əsəbiləşdirmişdi və əlimizdə nə var, tolazlayırdıq hakimlərin oturduğu kürsüyə. Su butulkası, stəkan, ayaqqabı. Bax, o anda dəmir tellərin arasından ayaq şəkilndə bir protez Mənsur İbayevin düz qarşısına düşdü. Etimadın şəhid ayağını əvəz edən protez elə bir səs elədi ki... İbayev və hakimlər qaçdılar...

Bu olaydan sonra bizə suyu cirə ilə verdilər - butulkalar yığışdırıldı. Bizim dəmir qəfəslə hakimlərin arasına da mühafizə qoydular. Onların gözü Etimadın silahında idi - birdən çıxardar, atar ayağını, İbayevi yaralayar, hökm çıxardammaz...

O isə bizim sevimli Qazimizdi.

Dəli-dolu, haqsızlığa dözümsüz, Mənsur İbayevə daha dözümsüz...

İbayev sağdır, hər halda, amma Etimad bugünkü durumu ilə ondan daha diridi.


...Bayıl həbsxanasında 13 ay bərabər olduq. Bütün müddəti təkadamlıq kamerasında qaldı. "Kimsəyə yük olamam, mənə belə rahatdı", deyirdi...

6 aylıq bir məhkəmə dönəmi vardı. Yuxarıda yazdığım olay həmin zamanlarda baş verdi. İş bitdiyi üçün həbsxanadakı rejim nisbətən yumşalmışdı. Şənbə-bazar, məhkəmə olmayan günlər və məhkəmədən sonrakı 20 gündə yeməyimizi bərabər yeyərdik. Sabahları yeməyi bərabər hazırlardıq. "Qlazok"u Etimad hamıdan yaxşı bişirərdi. Sonra da gəzinti üçün nəzərdə tutulan yerdə bərabər günümüzü keçirərdik. Bax, o zamanlarda Etimad protezini çıxardıb, qoyardı başının altına və eləcə də yatardı.

Yastığı öz ayağı idi...

Şəhid ayağının ardınca getdi. Etimadın tamı, bütün cismi vətən uğrunda şəhid oldu...

Orada ona demişdim, "a bəxtəvər, nə zaman ölsən, şəhidsən..."

Şəhidlər ölməz ki...
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
22.06.2017 Evin tikilsin, etmə...