Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Bolton İrəvanda sərt danışıqlar aparacaq - Lukyanov açıqladı

23:35  |    13 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Con Bolton Cənubi Qafqaza Dağlıq Qarabağ konflikti ilə bağlı gəlmir.

Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə açıqlamasında rusiyalı politoloq Fyodr Lukyanov deyib. Onun sözlərinə görə, Qafqazın İran və Suriyaya yaxınlığını nəzərə alsaq, Boltonun səfəri zamanı əsas diqqət məhz bu istiqamətlərə yönələcək.

O, İran və Suriya ilə bağlı ABŞ-ın mövqeyinin prinsipial olduğunu və bu mövqenin Bolton tərəfindən hazırlandığını bildirib. Lukyanovun fikrincə, Bolton bununla əlaqədar Qafqazda, xüsusilə Ermənistanda sərt danışıqlar aparacaq.

O, hələlik Qafqazın böyük dövlətlərin maraq dairəsinə düşmədiyini və buna görə də Dağlıq Qarabağ konfliktinin həll prioritetinin yüksək olmadığını iddia edib. Lukyanov Boltonun Qarabağ məsələsini müzakirə edəcəyini, amma buna daha çox diqqət ayıracağına inanmadığını söyləyib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Zakir Həsənov Çexiyada hərbi sərgidə - FOTOLAR
18.10.2018
Prezident İlham Əliyev: İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır
17.10.2018
İrəvanın riyakar siyasəti: Rusiyaya xəyanət, Bakıya fürsət
16.10.2018
Qənirə Paşayeva şəhid ailələrinin narahatlığı ilə bağlı çağırış etdi
15.10.2018
Prezident və birinci xanım Lənkəranda