Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6211

Digər sorğular

Sürgündə olan şahzadədən şok sözlər: “Qaşıqçıya görə kral ailəsinin 5 üzvü yoxa çıxdı”

01:58  |    14 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Səudiyyə Ərəbistanının sürgündə olan şahzadəsi Xalid bin Fərhan əl-Səud krallığın İstanbuldakı konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçıya görə rəsmi Ər-Riyadı ittiham edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hazırda Almaniyada yaşayan şahzadə Camal Qaşıqçının itkin düşməsindən sonra Səudiyyə Ərəbistanı hökumətini tənqid edən kral ailəsinin ən azı beş üzvünün yoxa çıxdığını bildirib.

Xalid bin Fərhan hökumətin müxalifləri susdurmaq üçün bu üsuldan istifadə etdiyini və 10 gün əvvəl özünün də krallığın Qahirədəki səfirliyinə çağırıldığını qeyd edib: “Bu günə qədər Səudiyyəli rəsmilər məni 30 dəfədən çox Səudiyyə Ərəbistanı səfirliyinə çağırıblar, amma hər dəfə getməkdən imtina eləmişəm.

Səfirliyə gedəcəyim təqdirdə nə olacağını bilirəm. Camalın itkin düşməsindən təxminən 10 gün qabaq Qahirədəki səfirliyə getməyim üçün ailəmə böyük məbləğdə qəbz və milyonlarla dollar təklif edilib”.

41 yaşlı şahzadə hazırda itkin düşən beş nəfər haqqında heç bir məlumatının olmadığını deyib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.03.2019
Moskvada FTX generalının meyiti tapılıb
26.03.2019
Rusiya Krıma nüvə silahı yerləşdirir – Kəşfiyyat
26.03.2019
Timoşenko etiraf etdi: "Krımı qaytara bilməyəcəm"
26.03.2019
“Xaç atası” filmindəki ev satılır
26.03.2019
Göyərtəsində 263 sərnişin olan təyyarə təcili eniş etdi - Bomba