Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

“Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində görüş keçirilib

20:03  |    13 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Qarabağ müharibəsində şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı ordeni” ilə təltif olunmuş Asəf Mütəllimovun xatirəsinə həsr olunmuş görüş keçirilib.

Oktyabrın 12-də 20 Yanvar İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində Qarabağ müharibəsində şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı ordeni” ilə təltif olunmuş Asəf Mütəllimovun xatirəsinə həsr olunmuş görüş keçirib. Görüş qəhrəmanın doğulduğu Nefçala rayonunda olub.

Tədbirdə 20 Yanvar İctimai Birliyinin işçi heyəti Layihə rəhbəri Sultan Əzimzadə, sədr müavini, ekspert Mustafa Əliyev, pr.menecer Qahirə Məmmədova, Sosial İqtisadi Araşdırmalar İctimai Birliyin sədr mavini Fərqanə Əliyeva , Azərbaycan Bayrağı ordenli general -mayor İsgəndər Allahverdiyev, Azərbaycan Bayrağı ordenli polkovnik Hikmət Ağayev, Azərbaycan Bayrağı ordenli polkovnik Xətai Baxışov, 20 Yanvar İctimai Birliyinin idarə heyətinin üzvi Mubariz İsmayılov, Neftçala rayonu məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər deyiblər.

Layihənin rəhbəri Sultan Əzimzadə bildirib ki, qəhrəmanlıq tariximiz gənc nəslin yaddaşına həkk olunmalıdır ki, vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi daimiyaşar olsun. Təşkilat olaraq həyata keçirdiyimiz layihələr zamanı gənclərimizin vətənpərvərlik yönümündə necə həvəsli olduqlarının şahidi olduq, lakin vətənpərvərliyin təbliği istiqamətində maarifləndirmə işinin aparılması, qəhrəmanlıq tariximizin tanıdılmasında müəyyən boşluqlar hələ də vardır. Bunu nəzərə alaraq ,yeniyetmə və gənclər üçün layihə çərçivəsində “Vətən igidləri ilə tanınır” adlı kitab və buklet hazırlanmışdır. Etiraf etməliyik ki, gənclərimiz milli qəhrəmanlarımızı, vətən üçün canından keçən şəhidlərimizi heç də o qədər yaxından tanımır, onlar haqqında daha ətraflı və geniş məlumata sahib deyillər. Adı çəkilən kitab və bukletlərdə layihə çərçivəsində seçilmiş Qəhrəmanlarımız haqqında məlumat verilmişdir. Vətən fədailərimizin unudlmaması, yeni nəslə ötürülməsi üçün vətənpərvərlik istiqamətində maarifləndirici tədbirlər davamlı şəkildə həyata keçirilməlidir.

Tədbirin sonunda ”Azərbaycan Bayrağı ordeni” ilə təltif olunmuş şəhid Asəf Rəhman oğlu Mütəllimovun ”General- mayor Həzi Aslanov” medalı nəvəsi Zəhraya təqdim edilib və xatirə şəkili çəkilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.10.2018
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti ilə görüş olub
18.10.2018
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ
18.10.2018
Müstəqilik deyibən realda da müstəqil olmağa çalışaq!
18.10.2018
Sabahın hava PROQNOZU