Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib

16:02  |    13 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib

Şəkidə, məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə sağlamlıq aksiyası keçirilib. Müxtəlif ixtisaslı 11 həkimdən ibarət tibb briqadası qəsəbə sakinlərini müayinə edib, onlara yardım göstərib və məsləhətlər verib.

Bildirilib ki, ölkəmizdə səhiyyə sektorunun inkişaf etdirilməsi sosial sahədə dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi və onların ən müasir avadanlıqlarla təchiz olunması, səhiyyə işçilərinin peşə səviyyəsinin yüksəldilməsi əhalinin sağlamlığının qorunmasına xidmət edir. Hər bir vətəndaş dövlət xəstəxanalarına müraciət edərək ödənişsiz müalicə və müayinə oluna bilər.

Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən tibbi xidmətlə təminatını daim diqqətdə saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin, eləcə də bütün vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyə əməliyyatlarının icrasına yardım göstərir. Dövlət başçısının tapşığı ilə məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə tibb məntəqəsi yaradılır və sakinlərin istifadəsinə verilir.

Aksiya zamanı məcburi köçkünlərə stomotoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 100 nəfərdən çox məcburi köçkünü müayinə edib. Ağır xəstələr və cərrahiyyə əməliyyatına ehtiyacı olanlara Bakı şəhərindəki xəstəxanalara göndəriş verilib.
Şəki şəhərində növbəti sağlamlıq aksiyasının məcburi köçkün ailələrinin yaşadığı Turan qəsəbəsində keçirilməsi planlaşdırılır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.10.2018
"Bu il şəhid ailələrinin 50 faizinə ödəniş ediləcək" - Nazir
17.10.2018
BP ilə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib - NAZİRLİK
17.10.2018
Nazirlikdən "kupça"sı olmayan evlərlə bağlı AÇIQLAMA
16.10.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
16.10.2018
Bir qrup narazı vərəsənin birdəfəlik ödəmə aldığı sübut edildi - NAZİRLİK