Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6141

Digər sorğular

Ramzan Kadırovdan Həbibə böyük jest: xüsusi hədiyyə və... - VİDEO

22:42  |    12 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovu qəbul edib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Kadırov döyüşçüyə “Qroznının fəxri vətəndaşı” adını verib.

Həmçinin, UFC çempionuna “Qroznının 200 illiyi” yubiley medalı təqdim olunub. Bundan başqa, Çeçenistanın birinci prezidenti Əhməd-Hacı Kadırovun adını daşıyan fondun adından Nurməhəmmədova avtomobil hədiyyə edilib.

Çeçenistan rəhbəri Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədova isə "Çeçenistanın əməkdar idman işçisi" fəxri adını verib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2019
“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ
19.02.2019
Azərbaycanlı və çeçenlər bir arada: görüşdə kimlər var? - Foto
19.02.2019
Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı - VİDEO
19.02.2019
Tramp sözünə əməl etmədi, Suriyada bu qədər əsgər qalacaq
18.02.2019
Müharibə veteranı çeçenlərlə azərbaycanlılar arasındakı insidentdən danışıb - VİDEO