Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

“Dələduzlar 200 il yaşamalıdır ki...” - Siyavuş Novruzov

15:32  |    12 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Parlamentdə eyni mənzilin bir neçə nəfərə satılması məsələsi qaldırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin komitə sədri Siyavuş Novruzov danışıb.

Komitə sədri qeyd edib ki, bəzən göydələn onu tikdirənin deyil, tamam başqa bir adamın adına qeydiyyata alınmış olur:

“Həmin adamın da şirkətdən heç xəbəri olmur. Bəzi hallarda məcburi köçkünlərin adından istifadə edirlər. Hesab edirəm ki, belə tikinti şirkətlərini qeydə alarkən həmin şəxsin daxma tikmək imkanının olub-olmadığını aydınlaşdırmaq lazımdır. Düzdür, hüquq buna qadağa qoymur. Ancaq hesab edirəm ki, bu məsələ diqqətdə olmalı və bunun hansısa yolunu tapmalıyıq.

Məsələnin ikinci tərəfi insanları aldanan şəxslərin məsuliyyətə cəlb edilməsidir. Bəzən 50-dən çox adamı aldadırlar, amma onlara 10-15 il cəza verilir. İnsanlar, müəllimlər, həkimlər illərlə işləyib pul toplayır və mənzil almaq istəyirlər. Sonda belə dələduzların qurbanına çevrilirlər. Dələduzlar 200 il yaşamalıdır ki, insanlara vurduqları ziyanı ödəyə bilsinlər. Bu, təkcə vətəndaşa qarşı cinayət, maddi vəsaitin ələ keçirilməsi deyil, həm də 20-30 il ömrün oğurlanması deməkdir. Bu dələduzluqların aradan qaldırılması üçün çıxış yolu tapmalıyıq”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı
19.10.2018
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri dəyişdirilib
18.10.2018
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti ilə görüş olub
18.10.2018
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ