Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

12:48  |    12 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


“Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur. Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyldir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib. Deputat bildirib ki, Azərbaycanda uşaqların rus dilində təhsilə meyllənməsinin qarşısı vaxtında alınmalıdır.

“Bunu rus dilinə qarşı çıxmağım kimi qiymətləndirilməsini istəmirəm. Rusiya Azərbaycanla dost dövlətdir. Rus dili də ingilis dili kimi xarici dil kimi tədris olunmalıdır. Bunun saatlarının artmasının heç kim əleyhinə olmamalıdır. Lakin uşaqların birinci sinifdən rus sektoruna meyllənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır. İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən bu, gələcəyimiz üçün çox vacibdir.

Sual oluna bilər ki, SSRİ dövründə çoxları rus dilində təhsil alırdılar. O dövrdə karyera qurmaq, yüksək elmi dərəcə əldə etmək üçün bu dil lazım idi. Amma bu gün biz müstəqilik və ölkəmizdə karyera qurmaq üçün bütün lazımi şərait var".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.10.2018
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti ilə görüş olub
18.10.2018
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ
18.10.2018
Müstəqilik deyibən realda da müstəqil olmağa çalışaq!
18.10.2018
Sabahın hava PROQNOZU