Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

Kapitalbankdan şəhidlərin “qanpulu” ilə bağlı narazılığa reaksiya – “ANLAŞILMAZLIQ OLUB”

14:00  |    12 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər

Dünən xəbər vermişdik ki, Kapitalbankda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə şəhid ailələrinə ayrılan 11.000 manat birdəflik yardımı almaq məqsədi ilə sözügedən bankda açılan hesab nömrəsi haqqında arayış üçün 10 manat tutulur.

Eyni zamanda, şəhid ailələrinə bildirmişdilər ki, 11.000 manatdan da 1 faiz, yəni 110 manat bank xidməti haqqı tutulacaq.

Bu gün Kapitalbankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov QAZİLER.AZ redaksiya ilə əlaqə saxlayıb. Və baş verənlərə aydınlıq gətirib: “Əslində burada bir anlaşılmazlıq var. Çünki hesab nömrəsi bütün müştərilərimiz üçün pulsuz açılır, arayışlar üçün isə on manat ödəniş olur. Lakin şəhid ailələri üçün bu arayışlar da tam ödənişsizdir. Eyni zamanda, on bir min manatdan da heç bir xidmət haqqı tutulmayacaq. Bu barədə Kapitalbankın daxili təlimatı da var. Hansı şəhid ailəsi üzvü Kapitalbanka arayış üçün on manat ödəyibsə, birinci gündən filiallarımıza yaxınlaşaraq həmin çekləri təqdim edərək vəsaiti geri ala bilərlər. Ümumiyyətlə, Kapitalbank şəhid ailələrinə, Qarabağ qazilərinə həmişə diqqət və qayğı ilə yanaşıb. Bundan sonra da belə olacaq. Baş vermiş anlaşılmazlıqdan, sadəcə, təəssüflənirik!”, deyə o, bildirib.

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.05.2019
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
17.05.2019
Sahil Babayev Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17.05.2019
Pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
Fransanın Milli Tibbi Sığorta Fondu ilə əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib