Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

“Kapitalbank” şəhidlərin qanpulundan PUL TUTUR - NARAZILIQ

14:32  |    11 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların ailələrinə qanpulu verilməsi prosesinə başlanıb

Lakin prosesin gedişində şəhid ailələri bəzi nöqsanlarla qarşılaşıb. Bu barədə «Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu Qaziler.az-a bunları bildirib: “Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi başlayandan bir sıra xırda çatışmazlıqlar müşahidə olunur, müəyyən narazılıqlar var. Bu narazılıqların ən əsası “Kapitalbank”da şəhid ailəsinin adına açılan bank hesabı ilə bağlı bankın təqdim etdiyi arayışın verilməsi müqabilində ailədən 10 manat məbləğində pul tələb edilməsi, 11 min manat hesaba köçürüldükdə isə həmin puldan 1 faiz (110 manat) tutulması ilə bağlı olan şikayətlərdir. Fikrimcə, bu düzgün deyil. Yəni ölkənin birinci şəxsinin, ali baş komandanın belə bir vacib, humanist fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və bunu prezidentə qarşı sayğısızlıq hesab edirəm. Düşünürük ki, burada bir anlaşılmazlıq var və tezliklə aradan qaldırılacaq. Xatırladım ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə birdəfəlik ödəmə prosesinin başlanmasından bir gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, şəhid ailələrindən notarius xidmətindən başqa heç bir ödəniş tələb olunmayacaq”.

Qaziler.az


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı
19.10.2018
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri dəyişdirilib
18.10.2018
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti ilə görüş olub
18.10.2018
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ