Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6005

Digər sorğular

Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisi rəsmən bağlanıb

22:39  |    11 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Fələstin Azadlıq Təşkilatının (FAT) Vaşinqtonda yerləşən ofisi rəsmi olaraq bağlanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, ofis ABŞ Dövlət Departamentinin bu il sentyabrın 10-da qəbul etdiyi qərarla fəaliyyətini dayandırıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Fələstin-İsrail münaqişəsinin danışıqlar yolu ilə aradan qaldırılaraq sülhün əldə olunması üçün səylərdən imtina etmədiyni də bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Hizert Noyer ofisin bağlanması ilə bağlı qərarı şərh edərkən demişdi ki, Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin açılmasına 2017-ci ilin noyabr ayında İsrail və Fələstin arasındakı sülh müzakirələrinə dəstək olmaq məqsədilə icazə verilmişdi: “Ancaq FAT İsrail ilə ciddi bir razılıq əldə olunması üçün birbaşa təşəbbüs qaldırmadı. Əksinə, təşkilat heç görmədiyi və əlaqə saxlamadığı halda ABŞ-ın sülh planını qınadı. Dövlət Departamenti Konqresin narahatlığı çərçivəsində hazırda Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisini bağlamaq qərarına gəldi. Bu qərar sülh müqaviləsinə aparacaq addımlardan uzaqlaşdırmağı hədəf götürən şəxslər tərəfindən sui-istifadə edilməməlidir. Biz daimi sülhün yaranması cəhdlərindən geri addım atmayacağıq”.

ABŞ Dövlət Departamentinin Fələstin Azadlıq Təşkilatından ofisin bir ay ərzində boşaldılmasını istədiyi bildirilib.

Ağ ev BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) maliyyə yardımlarını tamamilə dayandırmaq barədə də qərar qəbul etmişdi.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
Nikolu təbrik edən yoxdur: Kreml niyə susur?
11.12.2018
Vanqa: Avropa çökəcək, Asiya silinəcək, Putin, Tramp isə...
11.12.2018
Türkiyə Qara dənizdə yeni hərbi baza yaradır
11.12.2018
Fransada azərbaycanlı, gürcü və ermənilər saxlanıldı: 300 nəfərlik əməliyyat - VİDEO
11.12.2018
Rusiya Tu-160-ları Venesuelaya göndərir: ABŞ bunu gözləmirdi