Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Akopyan bu suallara cavab versin – İcma rəhbəri

14:46  |    11 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın və bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərini pisləyirik. Çünki bu səfər heç bir halda sülhə xidmət etmir.

Teleqraf.com xəbər verir ki, bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, A.Akopyanın təşəbbüsü ilə baş tutan bu səfər qanunsuzdur:
“Çünki həmin torpaqlar Azərbaycana məxsusdur və dövlətimizin icazəsi olmadan belə bir səfərin edilməsi ölkəmizin qanunlarının, eyni zamanda beynəlxalq hüquq normalarının pozulmasıdır. Əlbəttə, Anna Akopyanın sülh çağırışları səmimi deyil və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Əgər belə olmasaydı, nə üçün o, öz oğlunu Azərbaycanın işğal olunmuş ərazisinə hərbi xidmətə göndərib? Bütün dünyaya məlumdur ki, həmin torpaqlarımızda Ermənistanın işğalçı hərbi birləşmələri mövcuddur. Mən Ermənistanın baş nazirinə və onun həyat yoldaşına sual edirəm ki, əgər həqiqətən sülh istəyirsinizsə, nə üçün Azərbaycanın torpaqlarını işğal altında saxlayırsınız?

Axı torpaqlar bizə məxsusdur və o torpaqlardan Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında yaşamaqdan məhrum olub. Onların yaşadıqları yerlər – evlər, məktəblər, xəstəxanalar, tarixi-mədəni abidələr, hətta məzarlıqlar dağıdılıb. Bunu edən isə erməni hərbi birləşmələridir. 1 milyondan çox insan öz doğma torpaqlarına qayıdıb sülh şəraitində yaşamaq istəyir. Gerçək sülh əldə etməyin yolu da budur. Əgər Ermənistan tərəfi həqiqətən sülh istəyirsə, öz hərbi birləşmələrini bu insanların torpaqlarından çıxarsın ki, onlar da qayıdıb öz doğma yurdlarında yaşasınlar. Əgər Anna Akopyan sülh istəyirsə, buyursun, bu suallara cavab versin. Yoxsa, həm Ermənistan cəmiyyətini, həm də beynəlxalq ictimaiyyəti belə “kampaniyalarla” aldatmaq cəhdi heç bir nəticə verməyəcək”.

B.Səfərov Dağlıq Qarabağda yaşayan sadə ermənilərin Azərbaycan qanunları ilə yaşamaq istədiklərinə şübhə etmədiyini vurğulayıb:

“Mən şübhə etmirəm ki, Dağlıq Qarabağdakı sadə ermənilər də Azərbaycanın qanunları altında yaşamaq istəyirlər. Çünki Azərbaycan güclü, inkişaf edən, sosial rifahın yüksək səviyyədə olduğu bir dövlətdir. Sadə ermənilər yaxşı yaşamaq üçün Azərbaycanın qanunları altında yaşamaq istəsələr də, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağın separatçı rejimin rəhbərliyi buna imkan vermir”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı
19.10.2018
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri dəyişdirilib
18.10.2018
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti ilə görüş olub
18.10.2018
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ