Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədovun xatirəsi Ramanada anılacaq

11:20  |    11 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


"Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi" şəhidlərə həsr edilmiş növbəti tədbir keçirəcək

"Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi"nin sədri, Qarabag qazisi İlham Məhərrəmov Qaziler.az-a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində sonuncu beşinci tədbiri 16 oktyabr 2018 -ci il saat 14:00 da Ramana qəsəbəsində yerləşən Saglamliq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzində gerçəkləşəcək.

Bu dəfəki tədbir Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədova həsr edilib. Sahil Məmmədov sağlığında Milli Qəhrəman adına layiq görülüb.

Sahil Məmmədov 1964-cü il fevralın 5-də Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olub. 6 yaşında ikən əmisi ilə Bakıya gəlmiş, Bakıxanov qəsəbəsində 96 saylı məktəbdə təhsil almışdır. 1983-cü il SSRİ DİN-nin Ali Siyasi məktəbinə daxil olur. 1987-ci ildən Ukraynada xidmətə başlayır. 1988-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etdikləri vaxt o, məzuniyyətlə vətənə dönür, ailəsini Bakı şəhərinə yerləşdirib yenidən Ukraynaya qayıdır. Qarabağ savaşında iştirak etmək üçün bir neçə dəfə tərxis edilməsi haqqında müraciətlər etsə də cavabsız qalır. Nəhayət 1992-ci il Vətənə qayıdır və Hərbi polis alayında rota komandiri kimi xidmətə başlayır. Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşür. Döyüşlərin birində yanında mərmi partlayır və sağ qolundan, sol ayağından ağır yaralanır. 1994-cü ildən S.Məmmədov DİN-nin Pasport, Viza və qeydiyyat idarəsində baş inspektor olaraq çalışır. 1992-ci il oktyabrın 8-də Milli Qəhrəman adı verilmişdir.

Tədbirdə Sahil Məmmədovun həyat yolunu əks etdirən sənədli film nümayiş etdiriləcək. Sahil Məmmədovun döyüş yoldaşları, keçmiş döyüşçülər də tədbirə qatılacaqlar. Sahil Məmmədova həsr edilmiş şeirlər səsləndiriləcək.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı
19.10.2018
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri dəyişdirilib
18.10.2018
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti ilə görüş olub
18.10.2018
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ