Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6005

Digər sorğular

"Şöhrət" ordenli rəssamın vətən xaini olan oğlu - Elnur Nəcəfzadə....

20:06  |    10 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Ermənilərin faşist və millətçi “Pandukht” saytı Azərbaycanda və Türkiyədə “Novruz əmi” kimi tanınan əfsanəvi polis rəisi və xalq hərəkatçısı Novruz Həsənov barədə yazıb.

Ümumiyyətlə isə yazı özü tam nifrət ruhundadır və bir çox faktlar təhrif edilərək oxuculara təqdim olunur.

Lakin burada diqqət çəkən məqam müəllifin Elnur Nəcəfzadə adlı bir jurnalistə təşəkkür etməsi olub.

Musavat.com həmin Elnur Nəcəfzadə ilə bağlı maraqlı məlumatlar əldə edib.

Bilindiyi kimi, Elnur Nəcəfzadə Azərbaycanın xalq rəssamı, "Şöhrət" ordenli Kamil Nəcəfzadənin oğludur.

Kamil Nəcəfzadə Azərbaycan kino və teatr aləmində tanınmış xadim sayılır. O, 1929-cu ildə Lənkəran şəhərində anadan olub.

Kamil Nəcəfzadə “Bir cənub şəhərində”, “Bir məhəllədən iki nəfər”, “Bizi bağışlayın”, “Bağ mövsümü” və s. kimi kino həvəskarlarına yaxşı tanış olan filmlərin, habelə bir sıra teatr tamaşalarının quruluşçu rəssamı olub.

Kamil Nəcəfzadə həm də Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin atasıdır.



Elnur Nəcəfzadəni özünə gəlincə, bu adamın keçən əsrin 90-cı illərində ABŞ-a köçdüyü deyilir. Gələn məlumatlara görə, onun həyat yoldaşı ermənidir.



İsveçrədə yaşayan yazıçı Əli Əkbər sözügedən şəxslə bağlı fikirlərini Musavat.com-la bölüşüb. Yazıçı deyir ki, Elnur Nəcəfzadə ilə şəxsən tanış deyil, ancaq bir-birini virtual aləmdən tanıyırlar: "Mən, 2000-ci ilin ikinci yarısında, erməni həmkarlarımla dialoq qurmağa; erməni yazıçı, publisistlərlə, o vaxtlar hələ çox da populyar olmayan blogerlərlə müxtəlif platformalarda konflikti müzakirə etməyə başladığımda, Elnur Nəcəfzadə «Oblomov» təxəllüsü ilə Azərbaycan mentalitetini tənqid edən yazılar yazırdı. Təəssüf ki, bunu professor Həsən Quliyev kimi maraqlı və dərindən etmirdi. «Arxetipik azərilər – mentalitetin simaları» kitabını oxumuş biri olaraq, Elnurun təsbitləri məni təəccübləndirə bilməzdi. Onun yazdıqları ən yaxşı halda təkrar, ən pis halda isə «şəxsi qərəz» kimi, yəni maraqsız və səmərəsiz görünürdü. O illərdə, ermənilərlə hansısa münasibətinin, ya da onlara simpatiyasının olduğunu bilmirdim. Bunun siqnalını vermirdi".

Əli Əkbər bildirir ki, son üç-dörd ildə vəziyyət xeyli dəyişib: "Sosial şəbəkələrdə yollarımız tez-tez kəsişməyə başladı. Qarabağ konfliktinə dair fikirləri ilə tanış oldum. Azərbaycana sonsuz və presedentsiz nifrətini gördüm. Bildiyiniz kimi, azərbaycanlıların milli xarakteri üçün mən də sino getmirəm, «xalqı söymək» işində də mənə rəqib yoxdur. Amma burada sıradan bir xalqı söymək yox, faşizm həddində bir nifrət və ikrah vardı. Elnur Nəcəfzadə düşüncələrini gizlətmir, hər şeyi öz adı ilə, açıq yazır. O hesab edir ki, Qarabağ qeyd-şərtsiz ermənilərin olmalıdır. Azərbaycanlıların və Azərbaycanın mövcudluğu tarixi bir səhv və ədalətsizlikdir.

Təsadüfi deyil ki, Elnur Nəcəfzadə Ermənistanda məhz "Panduxt"la – Azərbaycan və azərbaycanlılara sözün əsl mənasında nasist münasibətdə olan bir bloqla əməkdaşlıq edir. Saytın qurucusu, əslən gəncəli Levon Melik Şaxnazaryandır. Yaxın keçmişdə ölüb. Ölümündən sonra saytın idarəsi onun oğluna keçib, oğul da bu gün atasının xəttini "layiqiincə" davam etdirir. İnsaf naminə deməliyəm ki, erməni bloqosfera və ictimai sektorunda "Panduxt"un radikalizmi və ekstremizmi təqdir olunmur, ya da ən azından gizli təqdir olunur. Bu saytda ortaya atılan tezisləri, faşizm püskürən yazıları, hətta ermənilərin özləri də ifrat mübaliğəli və ekstrim hesab edirlər.

Elnur Nəcəfzadə azərbaycanlılara sırf azərbaycanlı olduqlarına görə nifrət edir. Onun inancına görə azərbaycanlıların, xüsusilə Qarabağ münaqişəsində haqlı olduqları heç bir məsələ yoxdur, çünki onlar ermənilərlə müqayisə olunmayacaq, bu savaşda haqlı olmayacaq qədər iyrənc məxluqlardır və yaxşı olardı ki, bu coğrafyada heç mövcud olmasınlar. Məni isə bir sual düşündürür – Elnur Nəcəfzadə ermənilərin ondan iyrəndiyini bilirmi?"

Qeyd edək ki, Elnur Nəcəfzadə Xocalı soyqırımında ermənilərə az qala haqq qazandıran yazılarla çıxış edən bir adamdır. Bundan başqa, Elnur Nəcəfzadənin yazılarında Azərbaycan siyasətçilərinin, xüsusilə də Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin ünvanına olmazın təhqirlər yağdırılır.

Elnur Nəcəfzadə Azərbaycan xalqının milli kimliyinə, köklərinə ikrahla yanaşan məqalələri dərc olunur.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
Nikolu təbrik edən yoxdur: Kreml niyə susur?
11.12.2018
Vanqa: Avropa çökəcək, Asiya silinəcək, Putin, Tramp isə...
11.12.2018
Türkiyə Qara dənizdə yeni hərbi baza yaradır
11.12.2018
Fransada azərbaycanlı, gürcü və ermənilər saxlanıldı: 300 nəfərlik əməliyyat - VİDEO
11.12.2018
Rusiya Tu-160-ları Venesuelaya göndərir: ABŞ bunu gözləmirdi