Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

Rusiya ABŞ gəmilərini bu boğazda məhv edəcək - Ekspert

17:41  |    10 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


ABŞ donanması çətin ki, Rusiyaya dəniz blokadası tətbiq edə bilsin. Çünki rus gəmiləri ABŞ donanmasını məhv etmək gücünə malikdir.

Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert Valentin Vasilesku deyib.

Ekspertin sözlərinə görə, hazırda ABŞ ordusu bu tapşırığı yerinə yetirmək iqtidarında deyil. Rusiya ordusu Yaxın Şərqdə möhkəmlənib, Suriyada aviasiya və dəniz bazaları yerləşdirilib, Aralıq dənizi məkanı mütəmadi şəkildə güclü hava hücumundan müdafiə silahları ilə qorunur, Qara dəniz donanması isə istənilən an Aralıq dənizinə yeridilə bilər.

“Rusiyanı blokadaya almaq üçün ABŞ-a təyyarədaşıyan və vertolyotdaşıyan gəmilərin operativ dəstəsi lazımdır. Ancaq Rusiyanın hərbi vasitələri elə yerləşdirilib ki, ABŞ öz təyyarədaşıyan gəmiləri və onlardan cəmi 720 kilometr məsafədə fəaliyyət göstərə bilən F-18 təyyarələrindən istifadə edə bilməyəcək. Belə olan halda ABŞ hərbçiləri öz təyyarələrindən yalnız Egey dənizində istifadə edə bilər, ancaq təyyarədaşıyan gəmilərini bu əraziyə gətirmələri çətin ki, mümkün olsun. Çünki Rusiyanın yeni döyüş texnikaları onları elə Cəbəllütariq boğazını keçən kimi batıracaq. ABŞ-ın bu silahların qarşısını almaq üçün demək olar ki, heç bir vasitəsi yoxdur”, - ekspert bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.02.2019
Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO
16.02.2019
İranlı general: “İntiqam alacağıq”
16.02.2019
Dudayevin Azərbaycana münasibəti: Türk olduğumu desəm... - Video
16.02.2019
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: “Biz qardaşıq” - VİDEO
16.02.2019
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi - VİDEO