Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Binali Yıldırımdan Ermənistana sərt təpki

23:36  |    09 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın ev sahibliyini həyata keçirən Antaliyadakı Avrasiya Məclis Başçılarının 3-cü Yığıncağında Ermənistan böhranı yaşanıb.

Modern.az xəbər verir ki, Ermənistan Məclis sədrinin müavini Eduard Sharmazznovun sözlərinə TBMM sədri Binəli Yıldırım sərt reaksiya göstərib.

Eduard Sharmazznovun mətbuata qapalı iclasda qondarma "Erməni soyqırımı" və "Dağlıq Qarabağ"la bağlı açıqlamalar etdiyi öyrənilib.

Ardından mətbuata açıq edilən yığıncaqda ortaq bəyanatın oxunması əsnasında TBMM sədri Binali Yıldırım Ermənistan nümayəndəsi Sharmazzovu tənqid edib.

Ermənistan nümayəndəsinin şərhlərinin yığıncağın məqsədinə uyğun düşmədiyini dilə gətirən Yıldırım Ermənistan nümayəndəsinin bəzi iddialar ortaya atdığını qeyd edib.

TBMM sədri qlobal problemlərə həll axtarılan bölgədə və dünyada sabitliyin istənildiyi yığıncaqda həqiqətləri yanlış nəticələrə aparan şərhlərin qəbul edilməsinin mümkün olmadığını bildirib: "Ermənistan Türkiyə ilə əlaqələrini həqiqətən düzəltmək istəyirsə, bu axmaq soyqırımı iddialarına son verməlidir".

Yığıncaqda iştirak edən Azərbaycan Milli Məclisinin rəhbəri Oktay Əsədov da Ermənistanın davamlı Türkiyəni günahlandırdığını söyləyib.

26 il əvvəl Ermənistanın Xocalıda qırğın etdiyini qeyd edən Əsədov BMT-nin bu qırğını tanımasını, Ermənistanın gerçək olmayan iddialar irəli sürdüyünü də bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ-dan Paşinyana “ya hərb, ya sülh” çağırışı nə vəd edir?
19.10.2018
Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki...”
19.10.2018
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Bakı üçün yeni situasiya
18.10.2018
Zakir Həsənov Çexiyada hərbi sərgidə - FOTOLAR
18.10.2018
Prezident İlham Əliyev: İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır